Efiopiyanın cənubunda ağır yol qəzası olub, azı 15 nəfər ölüb, 27-i yaralanıb.
"Report" xəbər verir ki, bu barədə yerli rəsmilərə istinadən "Fana" məlumat yayıb.
Məlumata görə, qəza sərnişin avtobusunun əyləc nasazlığı səbəbindən idarəetməni itirərək çaya düşməsi nəticəsində baş verib.
Yaralılardan 21-nin vəziyyəti ağırdır.