Gəncədə köşkdən kişi meyiti tapılıb

Gəncədə köşkdən kişi meyiti tapılıb
HADİSƏ
23:30 28.11.2026
27
Gəncədə kişi meyiti aşkarlanıb.

AZXEER.COM APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin Şah İsmayıl Xətai prospektində qeydə alınıb.

Prospektdə yerləşən köşklərdən birində orta yaşlı kişinin meyiti tapılıb.

Hadisə yerinə polis və prokurorluq əməkdaşları cəlb olunublar.

Ölən şəxsin kimliyi və ölümünün səbəbi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR