19:49 çərşənbə, 29 Yanvar 2020
Maqazin

Efirdə meyxanaçı ilə aparıcı arasında qalmaqal: Tolik, sənin "padruqa"ların...

12:38, 06.12.20196202
Efirdə meyxanaçı ilə aparıcı arasında qalmaqal: Tolik, sənin

"Aqşinə görə mənimlə düşmən olan insanlar var. Duetimizdən sonra məni gözü götürməyən insanlar çoxdur

AZXEBER.COM Milli.Az-a istinadən xəbər verir ki, bunu "Hər şey daxil"də aparıcı Tarix Əliyevin (Tolik) sualını cavablandırarkən Aqşin Fatehin duet ortağı Nəfəs deyib.

Aqşin onunla duetindən sonra bəzi məşhurların Nəfəslə düşmənçilik etməsinin səbəbini izah edib:

"Tolik, bilirsən niyə Nəfəsdən xoşları gəlmir? - Çünkü, Nəfəs xanımı artıq TREND-də 30 milyona yaxın insanlar izləyiblər. İllərin sənətçiləri var ki, çalışırlar vuruşurlar, bu uğuru əldə edə bilmirlər. Bu qısa müddət ərzində böyük bir uğur əldə edib. Bunu illərlə əldə edə bilməyən adamlar var".

Aqşinin açıqlaması Tolikin etirazına səbəb olub:

- E..., yenə TREND-dən yapışdı. Niyə? - Brilliant Dadaşovanın oxuduğu mahnı TREND-ə düşmürsə, o demək deyil ki, sizin ikinizin də sənətiniz Brilliant xanımın sənətindən böyükdür, yox! Brilliant xanımn sənəti bu gün şou-biznesdə 99,9 faiz müğənnilərdən üstündür. Səncə bu gün Alim Qasımov duet oxuyur və o TREND-ə düşmürsə, deməli, Alim Qasımovun sənəti hansısa meyxana deyənlərdən, ya da rep deyənlərdən azdır? Bu düz deyil. Uşaq-muşaq YouTube-da oturub gündə sizə 10 dəfə baxırsa bu o demək deyil sizin sənətiniz ordadır. Duet oxuyun sonra danışaq. 

- Yox, mən sözümü deyim sonra. Həmişə kəsirsən. Alim Qasımovun sahəsi başqadır sənətdə, Brilliant Dadaşovanın sahəsi başqadır. Onlar öz sahələrində 1 nömrədirlər. Mənim sahəmdə, mənim yolumda... Sən mənə oradan sual ver.

 
-->
XƏBƏR LENTİ