Əfqanıstan və Tacikistan prezidentlərinin Bakıya səfəri başa çatdı
Bütün Xəbərlər
14:56 16.10.2012
876
İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət və hökumət başçılarının Bakıda keçirilən XII zirvə toplantısında iştirak edən Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzainin və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun səfəri başa çatıb.İqtisadi Əməkdaşlıq Təşkilatının üzvü olan ölkələrin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonaqların şərəfinə fəxri qarovul dəstəsi düzülüb.