Əfsanəvi aktyorun ayağı kəsildi - FOTOLAR

Əfsanəvi aktyorun ayağı kəsildi - FOTOLAR
Bütün Xəbərlər
11:00 08.11.2014
1128

O, bir zamanlar serialın hər bölümü üçün dodaq uçuqladan pullar qazanan ulduz idi.

Təqaüdə çıxan əfsanəvi aktyor Jan Michael Vincent çətin günlərini yaşayır.O, bir zamanlar serialın hər bölümü üçün dodaq uçuqladan pullar qazanan ulduz idi. Amma indi həmin günlər onun üçün yalnız xoş xatirə olaraq qalır...

Narkotik və içkidən asılı vəziyyətə düşməsi onun həyatını alt-üst etdi. Maddi problemlər yaşayan aktyor vergilərini belə ödəyə bilmir.

1980-ci illərdə rol aldığı “Airwolf”adlı serialın hərbölümündə 200 min dollar qazanan aktyor Jan Michael Vincent hazırda pis vəziyyətdə yaşayır.

80-ci illərin ulduzuna çevrilən aktyor “National Enquirer”a müsahibə verib. Qurşandığı pis vərdişlərdən sonra həyatı darmadağın olan aktyor açıqlamasında“Hələ də içkidən asılı vəziyyətdəyəm”, - deyə etiraf edib.

Uzun müddət zərərli vərdişlərdən xilas olmaq istəsə də buna nail ola bilməyən məşhurun karyerası zaman keçdikcə zirvədən uçuruma doğru yuvarlandı.

OXŞAR XƏBƏRLƏR