Əfv komissiyası hazırladığı siyahını prezidentə təqdim edib
Bütün Xəbərlər
16:15 23.12.2012
871
Azərbaycan Respublikasının Prezidenti Yanında Əfv Məsələləri Komissiyasının iclasları başa çatıb. Bu barədə komissiyanın üzvü, millət vəkili Azay Quliyev məlumat verib. Onun sözlərinə görə, komissiya artıq işlərini yekunlaşdırıb və müvafiq siyahı hazırlanaraq Azərbaycan prezidentinə təqdim olunub. Qeyd edək ki, əfv fərmanının 31 dekabr, Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə qədər imzalanacağı gözlənilir.