“Azadlığa qovuşan insanların hamısını, onların ailələrini, yaxınlarını, doğmalarını təbrik edirəm. Əfv sərəncamının imzalanmasını təqdir edirəm. Bu, xeyli insanları sevindirəcək. Düşünürəm ki, bu addımlar davam etdiriləcək. Bayram günləri ərəfəsində məhkumlara azadlıq bəxş edilməsini, sevindirilməsini alqışlayıram”.
Bu fikirləri AZXEBER.COM-a tanınmış hüquq müdafiəçisi, İnsan Haqları İşçi Qrupunun üzvü Novella Cəfəroğlu dövlət başçısının 29 dekabrda imzaladığı əfv sərəncamını şərh edərkən söyləyib.
Novella xanım bildirib ki, bundan sonra da əfv fərmanlarının verilməsi ilə digər məhbusların da azad olunacağına ümid edir: “İnsan Haqları Monitorinq Qrupunun siyahısında olan şəxslərdən 10 nəfər azadlığa çıxıb. Biz həm İşçi Qrupu daxilində, həm də Monitorinq Qrupu çərçivəsində bu istiqamətdə işlərimizi davam etdiririk”.
Orxan