Əgər bacınız budursa, onda sizin qeyrətinizə ... - VİDEO

Əgər bacınız budursa, onda sizin qeyrətinizə ... - VİDEO
Bütün Xəbərlər
17:56 02.05.2014
3911

Elşən MusayevAzərbaycanın radikal müxalifəti deyəsən gerçəkdən deqrodasiya dövrünü yaşayır. Çünki, artıq neylədiklərinin və nə söylədiklərinin fərqində deyillər, ağıllarına yetəni, eyni zamanda beyinlərindən ötəni həyata keçirmək arzusundadırlar. Ya da ən azından xəyalında! İstənilən sözü yeri gəldi-gəlmədi havaya buraxırlar və çox maraqlıdır ki lazım olanda elə havadan da tutub geri qaytarırlar. Üstəgəl, düşünürəm, bunların siyasi koordinasiyası, meyarı, planlaması - filanı da çoxdan gedib işinin dalınca. Prosesləri artıq hər hansı bir gedişat deyil, əlamətlər müəyyən edir. Məsələn, İsa Qəmbər tutaq mitinq təyin etdiyində artıq siyasi elektoratın say hesabını, sanbalını-filan düşünmür.

Və ya bu məqamda ortalıq güman ki yalnız elə haqqında danışdığım əlamətlərlə idarə olunur. Misal üçün, sol əlim qaşındısa demək tez-bazar mitinq təyin eləmək lazımdır. Çünki, pul, para, qrant gəlir. Ya da evdə başmaqlar bir-birinin üstünə çıxıbsa anındaca həmin mitinq qərarından imtina olunmalıdı. Niyə? Ona görə ki, bu əlamət heç yaxşı perspektiv vəd enə oxşamır: Uşaqlardan-zaddan kimisə həbs edərlər, yenə qalarıq mənasız bəyənatlar vermək zorunda!

Əlqərəz, bax belədir vəziyyət. Məlum mənzərəyə isə başqa ad vermək mümkün deyil. Və ya “Müsavat”ın dünən mitinq qərarı verib, bu gün üzərindən 17 saat keçəndən sonra həmin qərarı ləğv etmə biabırçılığına, taktikasına, məziyyətinə gerçəkdən başqa ad vermək mümkün deyil. Niyə mümkün deyil? Çünki, bunlar sözün əsl mənasında başlarını itiriblər.Tapa da bilmirlər. Tapanda da bu onun başını tapır, o da bunun. Tam ciddi deyirəm. Baxın, hərdən Əli Kərimli Rəsulzadə haqqda elə danışır - kənardan baxan düşünər ki, bu irsin davamçısı - filandi. Ya da İsa Qəmbər Elçibəyin qəbri üstündə bəzən elə timsah göz yaşları tökür, tanımasan ağlına beləgəlməz ki, həmin Elçibəyə ən böyük xəyanəti edənlərdən biri də məhz bu adam olub...

***

Deyəsən mövzudan uzaqlaşdım. Bir az geri qayıtmaq istəyirəm. Mitinq məsələsinə. Və ya İsa Qəmbərin bir günlük qüvvədə qalan başıbəlalı aksiyasına ən maraqlı reaksiya bilirsinizmi kimdən gəlib? -“MilliŞura” və onun rəhbəri Cəmil Həsənlidən. Təbii, Əli Kərimlinin birbaşa fitfası ilə. Adam beləcə də söyləyib: “Hazırda mitinq haqqında düşünməyə zamanımızyoxdur. Çünki, bacımız Leylanın məsələsi ilə məşğuluq”... Ay Maşallah. Afərin.Allah sizi bacınızın yanı-başından əksik eləməsin. Həm də bir ömür boyunca. Həmişə bir-birinizə layiq olasız, bir-birinizi qoruyasız, və bir-birinizin qeydinə bax elə bu cür də qalasız.

Və ya ay Cəmil Həsənli, ay Əli Kərimli! - O bacını boğazımıza, xirtdəyimizə urcah eləyib ilişdirən sizlərsiniz e,başqa biri deyil. Həmin bacının etdiyi xəyanətlərlə öyünən, onun vətən satmağı ilə fəxr edən, erməninin ağzından girib fransızın cibindən çıxmağı ilə qürrələnən və nəhayət bu hüsnü-gözəli tac edib başında gəzdirən qeyrət dağarcıqlarımız! – O da sizlərsiniz e! Başqa biri deyil!

Və deyim ki, Leyla Yunus dırnaq içində də olsa haqqın yolunu elə bir zamanlar verdiyiniz qardaş məsləhəti ilə tapıb. 92-də. Sizin vaxtınızda. Müdafiə Nazirliyində. Hansı ki, naziri torpaq satırdı, məmuru maraq. Əlisi, İsası, nə bilim Pənah kimi boydan qısası Azərbaycanın gələcəyini satırdı, üzdəniraq Leylalar isə Xocalıda, Kəlbəcərdə, Ağdamda hələ qanı soyumayan şəhidlərimizin haqqını. Xocalını isə əbəs yerə demədim. Çünki, 92-ci ildə Müdafiə Nazirliyində İnformatika və Analitika şöbəsinin rəsi işləyərkən yenicə baş vermiş Xocalı soyqırımı haqqında informasiyaları təkzib edən, eyni zamanda həlak olan insanların sayını dəfələrlə azaltmağa cəhd edən və nəhayət həmin dövrün qaynar informasiya müharibəsində erməniyə açıqca və birmənalı dəstək verən insan məhz Leyla Yunus olub! Və ya o dönəmdə Qarabağda keçirilən tədbirlərin birində ermənicə son dərəcə sərbəst danışmasına rəğmən, Azərbaycan dilinə gəldiyində “mən bu dildə yalnız söyüş söyə bilirəm” -ifadəsini işlədən insan da Leyla Yunus olub! Eyni zamanda yaratmış olduğu ”İctimai dialoqlar”saytının təqdimatını Bakıda yox, İrəvanda keçirən, həmin saytda işğal olunmuş ərazilərimizi “Dağlıq Qarabağ Respublikası” kimi təqdim edən və nəhayət Azərbaycanın qan yaddaşını erməni gerçəkliyi olaraq bütün dünyaya bəyan edib, həmin şərəfsiz erməninin müdafiəsinə ermənilərin özündən çox qalxan naxələf də Leyla Yunus olub!

Odur ki, Əli Kərimli və Cəmil Həsənli: Əgər qorumağa çalışdığınız bacı budursa, o zaman başınızdakı papağa və içinizdəki qeyrətə eşq olsun deyirəm, başqa bir şey demirəm!

Hələ, üstəlik Beynəlxalq təşkilatları, səfirliklərı və diplomatik korpusları belə öz oyununuza alət eləmisiniz. Təbii, məqsədyönlü və planlı formada. Niyə? Çünki, bu işin içində özünüz də varsınız! Çünki, Mirqədirovun da, Leyla Yunusun da sərgilədiyi fəaliyyətin, eyni zamanda törətdikləri cinayətlərin bir ucuenində-sonunda gəlib sizləri də nişan verəcək. Və nəhayət, çünki həmin osizlər hər zaman Ermənistanı və ermənipərəstliyi Azərbaycanın və azərbaycançılığın fövqündə gördünüz, bir hakimiyyət uğruna bir dövləti və bir milləti gözünüzüqırpmadan belə satmağa hazır oldunuz, öz şəxsiyyətinizi, mənəviyyatınızı erməni ovcuna, erməni qucağına atmaqdan, təslim etməkdən qürur duydunuz! Bax ona görə bu gün hay-şüvən içindəsiz, ona görə təşvişdəsiniz, ona görə mövzunu və istiqaməti dəyişib bir şəkildə özünüzü sığortalama çabasındasınız...

Fəqət maraqlı, eyni zamanda sual doğuran məqam bir də bilirsinizmi nədir? – Misal üçün tutaq, bayaqdan haqqında danışdığım “gözəl” bacının “gözəl” qardaşı Əli Kərimli görəsən eyni duruma düşsəneyləyər, kimə ağız açar, kimdən imdad diləyər?

Çünki, Olimpiya çempionu Hüseyn Boltdan da betər qaçma instinkti olan bacısı Leyladan fərqli olaraq Əli Kərimlinin pasportu və qeydiyyat vəsiqəsi belə yoxdur axı....

OXŞAR XƏBƏRLƏR