Əhalinin nəzərinə! - Azərbaycanda bu cərimələr ləğv edilə bilər

SOSİAL
12:17 12.04.2022
2210
Azərbaycanda pandemiya dövründə yazılan cərimələrin ləğv edilməsi təklif edilir.
 
AZXEBER.COM "Report”a istinadən xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Razi Nurullayev parlamentin bu gün keçirilən iclasında çıxış edib.

O bildirib ki, bu məsələ parlamentin komitələri tərəfindən müzakirə olunaraq plenar iclasa çıxarılmalıdır.

Deputat həmçinin PCR testinin ləğv edilməsini və Azərbaycanın quru sərhədlərinin açılmasını da təklif edib.

OXŞAR XƏBƏRLƏR