Əhalinin pulunu kim qaytaracaq? – “Batan” banklar

Əhalinin pulunu kim qaytaracaq? – “Batan” banklar
Bütün Xəbərlər
15:19 03.09.2015
1140

Azərbaycanda bank sistemində vəziyyət qeyri-müəyyəndir, dövlətin isə ağır maliyyə durumu ilə üzləşən banklara yardım etmək imkanları inandırıcı görünmür. Mərkəzi Bankın nizamnamə kapitalını yerinə yetirmədiyinə görə kommersiya banklarının lisenziyasının ləğv edilməsi ilə bağlı hələ 2014-cü ilin sonunda qəbul etdiyi qərar icra olunmasa da, bankların əksəriyyətinin müflisləşmə təhlükəsi olduqca yüksəkdir. 

Aydın məsələdir, Mərkəzi Bank həmin bankları müflis elan etməkdən çəkinir. Çünki bunun bank sektoruna olan inamın azalmasına gətirib çıxara biləcəyini ehtimal edir. Onsuz da problemlər içərisində olan bank sektoru manatın 21 fevral devalvasiyasından sonra daha da ağır vəziyyətə düşüb. Geri dönüşü olmayan kreditlərin həcminin artması, faiz dərəcələrinin çox yüksək olması bir kənara, hazırda vətəndaşlar kommersiya banklarına qoyduqları depozitləri geri çəkə bilmirlər.

AZXƏBƏR.COM “Qafqazinfo”ya istinadən  xəbər verir ki, iqtisadçı Natiq Cəfərov modern.az-a deyib ki, bu gün həqiqətən də depozitlərin geri çəkilməsi problemi yaşanır: “Hazırda “Texnikabank”, Azərbaycan Kredit Bankı, “Bank of Azərbaycan” kimi kommersiya bankları əmanətlərin geri qaytarılmasında çətinlik çəkir. Əslində belə problemin yaranması ehtimalı əvvəldən çox yüksək idi. Çünki devalvasiyadan sonra kommersiya banklarında olan problemlər kəskin xarakter almışdı. Dövlət və hökumət tərəfindən isə bu problemlərin həlli üçün hər hansı proqram işlənib hazırlanmadı. Bu isə banklarda olan stressli vəziyyətin getdikcə daha da artmasına gətirib çıxardı”.

O qeyd edib ki, Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının külli miqdarda xarici borcları var: “Eyni zamanda, geri qaytarılmayan kreditlərin də həcmi artmaqdadır. Prosesin gedişi bankların vəziyyətinin daha da ağırlaşacağını göstərir. Çox təəssüf ki, bəzən vətəndaşlarımız öz depozitlərini banklarda yerləşdirərkən qanunvericilikdə nəzərdə tutulan qaydalara fikir vermirlər. 30 min manatlıq əmanətlərə, 12 faizlik limiti keçməmək şərti ilə qoyulan depozitlərə avtomatik olaraq dövlət sığortası düşür. Həmin əmanətlər Dövlət Sığorta Fondu tərəfindən sığortalanır. Banklar bağlanacağı təqdirdə həmin əmanətçilər problem yaşamır və fond vasitəsilə öz əmanətini geri çəkə bilir. Amma çox vaxt insanlar müqavilə bağlayarkən bu kimi məqamlara diqqət etmədən öz depozitlərini bankalara yerləşdirirlər. Bu səbəbdəndir ki, ciddi problemlər yaşanır. Gələcəkdə isə həmin əmanətçilərin problemi daha da çox olacaq”.

Ekspert bildirir ki, əgər əmanətçi depozitin geri çəkilməsində problem yaşayır və sığorta müqaviləsi varsa, bu halda məhkəməyə, həmçinin Dövlət Sığorta Fonduna müraciət edə bilər: “Əslində sığorta müqaviləsi varsa, vətəndaşın əmanətlərinin geri qaytarılmasında problem olmamalıdır. Bildiyiniz kimi, hazırda bir çox bankın müflis olmaq təhlükəsi çox yüksəkdir. Belə olan halda sığorta müqaviləsi olmayan əmanətlərin geri qaytarılması sual altına düşəcək. Dövlət qurumları özü də sığortası olmayanlara kömək etməkdən imtina edəcək. Məhz həmin əmanətçilərin depozitləri bata bilər”.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sabirabadda bir nəfər kanalda batıb
15:01 25.07.2025
Sabirabadda bir nəfər kanalda batıb
Azərbaycana “dil” uzadan Valuyev 15 il azadlıqdan məhrum edildi
14:58 25.07.2025
Azərbaycana “dil” uzadan Valuyev 15 il azadlıqdan məhrum edildi
Zaur Mikayılov Xızı rayonunda vətəndaşlarla görüşüb
14:57 25.07.2025
Zaur Mikayılov Xızı rayonunda vətəndaşlarla görüşüb
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
14:48 25.07.2025
Şəxsiyyət vəsiqələrində bu dəyişikliklər olacaq - Prezident təsdiqlədi
Qusmanın işdən çıxarılma səbəbi məlum oldu - Rusiya onun Şuşada dediyi bu sözlərə dözə bilmədi
14:34 25.07.2025
Qusmanın işdən çıxarılma səbəbi məlum oldu - Rusiya onun Şuşada dediyi bu sözlərə dözə bilmədi
Polis Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirdi
14:28 25.07.2025
Polis Lənkəran və Astaranın turizm zonalarında profilaktik tədbirlər həyata keçirdi
"Google" Afrikada süni intellektə 37 milyon dollar sərmayə qoyacaq
14:26 25.07.2025
"Google" Afrikada süni intellektə 37 milyon dollar sərmayə qoyacaq
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ADNSU-da - FOTOLAR
14:21 25.07.2025
Somali Federativ Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri ADNSU-da - FOTOLAR
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
14:16 25.07.2025
Vətən müharibəsi zamanı əsir götürülən azərbaycanlı: Mənə işgəncələr verildi
“Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında əsas rol oynayıb”
14:15 25.07.2025
“Azərbaycan İsraillə Türkiyənin yaxınlaşmasında əsas rol oynayıb”
Tanınmış iş adamı həbsdən buraxıldı
14:09 25.07.2025
Tanınmış iş adamı həbsdən buraxıldı
Məşhur model mükafatlandırma gecəsində dələduz adlandırıldı
13:55 25.07.2025
Məşhur model mükafatlandırma gecəsində dələduz adlandırıldı
Mağazadan alınan çörəyin içindən böcək çıxdı - FOTOLAR
13:39 25.07.2025
Mağazadan alınan çörəyin içindən böcək çıxdı - FOTOLAR
Fuad Nəcəfli: Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib
13:20 25.07.2025
Fuad Nəcəfli: Muxtar respublikada son iki il ərzində 6 yeni yataq kəşf edilib
ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb ola bilər
13:17 25.07.2025
ETSN: ani ehtiyatsızlıq qarşısıalınmaz yanğınlara səbəb ola bilər
"Azad edilmiş ərazilərə səfər edən ilk İsrail səfiri olmaq mənim üçün şərəfdir"
13:15 25.07.2025
"Azad edilmiş ərazilərə səfər edən ilk İsrail səfiri olmaq mənim üçün şərəfdir"