Əhaliyə ŞAD XƏBƏR: Pensiyalarda artım bu qədər olacaq

Əhaliyə ŞAD XƏBƏR: Pensiyalarda artım bu qədər olacaq
SOSİAL
23:53 30.09.2024
2150
Ölkə başçısı İlham Əliyevin açıqladığı kimi, gələn il Azərbaycanda minimum əməkhaqqı və pensiyalarda artım olacaq. Dövlət sektorunda çalışanların da minimum əməkhaqlarının artırılması proqnozlaşdırılır. Tarif cədvəli ilə əməkhaqqının hesablanmasında büdcə təşkilatlarından maliyyələşən lakin dövlət qulluqçusu olmayan şəxslərin də əməkhaqqında artım olacaq. 2025-ci ilin əvvəlindən etibarən bu sektorda çalışan şəxslərin maaşı artırılacaq.

Bu fikirləri iqtisadçı Rəşad Həsənov deyib.

O qeyd edib ki, artımın 10-15 faiz ətrafında olması proqnozlaşdırılır:

"Eyni zamanda minimum əməkhaqqının 400 manata çatdırılması gözlənilir. Əslində bu göstərici, yəni minimum əməkhaqqı 600-650 manat ətrafında olmalıdır. Hökumətin minimum əməkhaqqını orta aylıq əməkhaqqının 60 faizinə çatdırılmaq hədəfi var”.

İqtisadçı hesab edir ki, Azərbaycanda çalışan bir şəxs 2,2 nəfərin ehtiyacını qarşılayır:

"Ehtiyac meyarı göstəricisi nəzərə alınsa, bu indikator hər iki istiqamətdə hesablandıqda minimum əməkhaqqı təxminən 600-650 manata çatdırılmalıdır. Amma hələlik minimum əməkhaqqının 400 manat ətrafında olacağı gözləntisi var”.

Ekspertin fikrincə, pensiyalar Əmək Pensiyaları Haqqında qanunun tələbinə uyğun olaraq orta aylıq əməkhaqqının artım tempi səviyyəsində yəni, təxminən 8 faiz ətrafında olacaq:

"Minimum pensiya səviyyəsində isə 10-15 faiz ətrafında artımın olması proqnozlaşdırılır. Sözsüz ki, minimum əməkhaqqının artımı digər sektorlara da təsir edəcək. Özəl sektorda da bu göstəriciyə uyğun olaraq əməkhaqqları artırılmalıdır. Çünki minimum əməkhaqqı göstəricisi dövlət və özəl sektoru əhatə edir. Sosial müavinətlərin isə 10-15 faiz bəzi hallarda isə 20 faiz ətrafında artırılması ehtimal edilir. Dövlət qulluğunda çalışanların da əməkhaqqının 10 faiz civarında atırılması gözlənilir”.
 
///Teleqraf.com
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
02:59 05.11.2026
Valdas Dambrauskas: "Norveçə çox yaxşı səviyyədə hazırlaşaraq gəlmişdik"
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
02:50 05.11.2026
Səməd Vurğunun qohumu Qazaxda bıçaqlandı: "Uşağımı qəssab kimi doğrayıblar" - Video
İran bu ölkələri bombalamaqla hədələdi
02:43 05.11.2026
İran bu ölkələri bombalamaqla hədələdi
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
02:33 05.11.2026
Banka kiberhücum: 118 milyon avrodan çox vəsait oğurlandı
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
02:23 05.11.2026
Bu ölkədə on minlərlə şagird və tələbə təqaüdlərin azaldılmasına etiraz edib
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
02:13 05.11.2026
Rusiyada Azərbaycandan geri qaytarılmış məhsulun satışdan çıxarılması ilə bağlı tədbirlər görülür
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
02:03 05.11.2026
Bavariyanın iqtisadiyyat naziri hoteldə ölü tapılıb
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
01:57 05.11.2026
UEFA Çempionlar Liqası: "Sabah" "Vikinq" səfərində məğlub olub
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
01:53 05.11.2026
ABŞ İrana bağlı fiziki və hüquqi şəxslərə qarşı yeni sanksiyalar tətbiq edib
Tutduğu balıq onu milyonçu etdi
01:43 05.11.2026
Tutduğu balıq onu milyonçu etdi
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
01:33 05.11.2026
Noyabr üç BÜRCƏ xoşbəxtlik və şans gətirəcək
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
01:23 05.11.2026
İsveçrə Rusiyaya qarşı sanksiya siyahısını 254 şəxs və qurumla genişləndirib
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
01:16 05.11.2026
Türkiyədən Azərbaycana gətirilən 10 mindən çox bioloji aktiv qida məhsulu məhv edilib
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
01:06 05.11.2026
Zelenski Trampın xüsusi nümayəndələri ilə Əbu-Dabidəki danışıqlara hazırlığı müzakirə edib
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
00:59 05.11.2026
Vens: "Məğlubiyyətimizin səbəbi İranla müharibədir"
Zelenski Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib
00:58 05.11.2026
Zelenski Melaniya Trampı I dərəcəli "Knyaginya Olqa" ordeni ilə təltif edib