Tanınmış müğənni Əlikram Bayramov ARB TV-də yayımlanan "Onun sirri” verilişində qonaq olub.
AZXEBER.COM xəbər verir ki, o verilişdə anası haqda da danışıb.
Əlikram deyib ki, anası bacısının ölümünə dözməyib:
"Cavan bacım rəhmətə getdi. Anam ondan sonra dünyasını dəyişdi, dözmədi. Anam üçün canımı verərdim. O rəhmətə gedən gün qonşumuzda toy vardı. Həmin günü unuda bilmirəm. Əhd etmişdim. Anamı öz əllərimlə dəfn etdim. Daha sonra buna görə uzun müddət özümə nifrət etdim”.