Son günlər müxalif mətbuat orqanlarında Elyanora Cəbrayılova adlı şəxsin öz böyrəyini Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin qardaşına satması və bunun müqabilində ona çatacaq vəsaitin mənimsənilməsi haqqında iddialar yer alır. Baş verənlərə görə, icra başçısını və onun qardaşını ittiham edən E.Cəbrayılova bununla bağlı müxtəlif təxribatlara əl ataraq, ucuz şoulardan istifadə edərək, öz haqqını geri alacağını bəyan edir.