Əhəd Abıyevin oğlu Türkiyədə intihar etdi - İDDİA

Əhəd Abıyevin oğlu Türkiyədə intihar etdi - İDDİA
Bütün Xəbərlər
11:48 14.07.2014
4284

Bu yaxınlarda Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevin 17 yaşlı oğlunun Türkiyədə oteldə 9 mərtəbəli binadan yıxılması barədə xəbər vermişdik. Ancaq icra başçısı bu xəbəri heç bir dəlil gətirmədən təkzib etmişdi.

AZXEBER.COM-un məlumatına görə, Publika.az icra başçısının oğlu ilə bağlı daha dolğun və yeni məlumat əldə edib.

Dəqiqləşdirdiyimiz məlumata görə, Əhəd Abıyevin oğlu 9-cu mərtəbədən təsadüfən yıxılmayıb, o, intihara cəhd edib. Belə ki, Türkiyədəki otellərdən birində Əhəd Abıyevlə oğlu arasında mübahisə yaşanıb. Həmin vaxt Ə.Abıyev qardaşı Abı Abıyevi Türkiyəyə müalicəyə aparıbmış. İcra başçısının oğlu da onlarla bir yerdə olub.

Oteldə yaşanan mübahisə zəminindən sonra Əhəd Abıyevin oğlu özünü 9-cu mərtəbədən ataraq intihara cəhd edib.

Xoşbəxtlikdən, icra başçısının oğlu sağ qalıb, ancaq ciddi xəsarət alıb.

OXŞAR XƏBƏRLƏR