Əhməd Davudoğlu: "Suriya ilə bağlı mövqeyimiz dəyişilməzdir"

Əhməd Davudoğlu: "Suriya ilə bağlı mövqeyimiz dəyişilməzdir"
Bütün Xəbərlər
11:15 05.12.2011
1558

Türkiyə XİN rəhbəri almaniyalı həmkarı ilə görüşdə belə deyib

Almaniyada səfərdə olan Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Bonn şəhərində alman həmkarı Qido Vestervelle ilə görüşüb. Müzakirələrdən sonra hər iki nazir birgə mətbuat konfransı keçirib. Əhməd Davudoğlu Qido Vestervelle ilə Suriyadakı vəziyyəti müzakirə etdiklərini bildirib və Suriya ilə bağlı mövqelərinin dəyişmədiyini bəyan edib."Bizim Suriya ilə bağlı mövqeyimiz aydındır və bəzi prinsiplərə əsaslanır. Təəssüf ki, Suriya Türkiyənin, Ərəb Liqasının və dünya ictimaiyyətinin əsaslı narahatlığına və tələblərinə məhəl qoymadı və öz xalqına qarşı təzyiq siyasətini davam etdirərək, bizə başqa yol buraxmadı. Onlar həmçinin Ərəb Liqasının və Türkiyənin ən son təşəbbüsünə də məhəl qoymadılar və Ərəb Liqasının Suriyaya müşahidəçilərin göndərilməsinə dair təklifini rədd etdilər. Hər gün gözümüzün qarşısında insanların öldürülməsinə biganə qala bilmərik. Öz səsimizi qaldırmışıq və qaldıracağıq. Bu mənada, Suriyaya qarşı sanksiyalar tətbiq etdik. Suriya xalqına zərər dəyməməsi üçün bu sanksiyalar siyahısını çox ehtiyatla seçmişik".Əhməd Davudoğlu həmçinin Suriya hökumətinin Türkiyənin cənub-şərqindəki konsulluğunu bağlamaq qərarına da münasibət bildirib. "Bu onların öz qərarıdır, lakin öz ürəklərini öz xalqları üçün açsalar, yaxşı olardı".Almaniyanın xarici işlər naziri Qido Vestervelle də Türkiyənin Suriyaya dair mövqeyini bölüşdüklərini bildirib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
06:46 25.05.2025
Mask “X”-də yaranan nasazlıqdan sonra öz şirkətlərinə fokuslanmaq qərarına gəlib
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
03:26 25.05.2025
Tramp: ABŞ Rusiya-Ukrayna müharibəsində dronlardan istifadə təcrübəsini öyrənir
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
03:15 25.05.2025
ABŞ-nin xüsusi nümayəndəsi Suriya Prezidenti ilə görüşüb
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
01:24 25.05.2025
KİV: İsrail Ordusu bütün quru və tank qoşunlarını Qəzzaya yerləşdirib
Sibel Can ərə getməsi xəbərini təkzib edib
00:11 25.05.2025
Sibel Can ərə getməsi xəbərini təkzib edib
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
23:40 24.05.2025
Zelenski: Əsir mübadiləsinin üçüncü mərhələsi mayın 25-də baş tutacaq
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
23:30 24.05.2025
Bakıda təşkil olunan minifutbol üzrə dünya çempionatında dördüncü günün yekunu
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
23:08 24.05.2025
Azərbaycan əsilli İran rejissoru "Qızıl Palma budağı"na layiq görülüb
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
22:47 24.05.2025
Fransada elektrik şəbəkəsinin təxribatı ilə bağlı təhqiqat başlayıb
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
22:23 24.05.2025
Zabrat 2 - Sabunçu sahəsində qatarın qarşısına qəfil çıxan şəxs xəsarət alıb
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
22:15 24.05.2025
Azərbaycanda DƏHŞƏT: Veteran oğlu ölən anaya İŞGƏNCƏ VERİLDİ
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
21:52 24.05.2025
Ermənistanda onlarla vəzifəli şəxs barədə cinayət işləri məhkəməyə göndərilib
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
21:27 24.05.2025
Premyer Liqa: "Sabah" mövsümdəki son oyununda "Neftçi"yə qalib gəlib
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
20:59 24.05.2025
Ermənistanda dövlət xidmətinin əməkdaşı 590 min dollar oğurluğuna görə həbs edilib
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
20:47 24.05.2025
"Krasnodar" futbol klubu ilk dəfə Rusiya çempionu olub
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub
20:34 24.05.2025
Şuşada “Xarıbülbül” Beynəlxalq Musiqi Festivalının açılışı olub