Əhməd Əhmədzadənin baş həkim olan qardaşı iş yerində vəfat etdi

Əhməd Əhmədzadənin baş həkim olan qardaşı iş yerində vəfat etdi
Bütün Xəbərlər
11:59 12.04.2013
1495

Qax Mərkəzi Rayon Xəstəxanasının baş həkimi iş başında dünyasını dəyişib.

APA-nın məlumatına görə, hadisə dünən baş verib. Xəstəxananın baş həkimi Fərman Əhmədzadə iclasdan çıxarkən vəziyyəti qəfildən pisləşib və ürək tutmasından dünyasını dəyişib.

XəstəxanadanAPA-ya bildirilib ki, F. Əhmədzadənin ürəyində əvvəllər də problemlər olub. O, bir neçə il əvvəl ürəyindən əməliyyat olunubmuş.

Qeyd edək ki, F. Əhmədzadə “Meliorasiya və Su Təsərrüfatı” Açıq Tipli Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadənin qardaşıdır.

Ə. Əhmədzadənin digər qardaşı Mübariz Əhmədzadə isə Zaqatala rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.

OXŞAR XƏBƏRLƏR