Əhməd Vəliyev 'Tələbələrin dostu' seçildi

Əhməd Vəliyev
Bütün Xəbərlər
14:34 23.10.2012
1287
“Odlar Yurdu” Universitetinin rektoru, professor, millət vəkili Əhməd Vəliyev “İslahatçı Gənclər” İctimai Birliyi(İB) tərəfindən tələbələr arasında keçirilmiş sosioloji sorğunun nəticələrinə görə, “Tələbələrin dostu” seçilib.Bu barədə məlumat verən “İslahatçı Gənclər” İB-nin sədri Fərid Şahbazlının sözlərinə görə, rəhbərlik etdiyi təşkilat il ərzində müxtəlif istiqamətlər üzrə bu cür sosioloji sorğular təşkil edir: “Tələbə-rektor münasibətlərinin son zamanlar xüsusilə gündəmdə olduğunu, tələbələrin ölkəsinə faydalı bir gənc kimi yetişməsində təhsil mühitinin vacib faktor olduğunu nəzərə alaraq, paytaxtda yerləşən altı ali məktəbin tələbələri arasında sorğular təşkil etdik. Bəlli oldu ki, “Odlar Yurdu” Universitetinin tələbələri ali məktəbin rektoru, Əhməd Vəliyevin onlarla münasibətindən, universitetdə yaratdığı sağlam təhsil mühitindən razılıq edirlər. Sorğunun nəticələrinə görə, tələbələrin rektorla görüş və problemləri çatdırmaq imkanları digər ali məktəblərlə müqayisədə kifayət qədər asandır”.
OXŞAR XƏBƏRLƏR