“Əhsən, Azərbaycan, əhsən İlham Əliyev” Avropa Gənc liderləri ölkəmizə təşəkkür etdi

GƏNCLİK
16:51 06.11.2021
4255
Avropanın 30-dan çox nüfuzlu gənclər təşkilatının sədri Bakıda "Avropa Gəncləri Sülh Naminə” adlı Beynəlxalq Gənclər Forumuna toplaşıb.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun qazandığı tarixi zəfər ərəfəsində baş tutan Forumun əsas mövzusu Avropada sülh və təhlükəsizliyin möhkəmləndirilməsində gənclər təşkilatlarının rolu olacaqdır.

Forumun açılış mərasimində Avropanın 21 ölkəsini təmsil edən nüfuzlu gənclər təşkilatlarının 30-dan çox rəhbəri, gənc liderlər, fəal gənc ekspertlər və  ölkəmizin aparıcı gənclər və könüllülər təşkilatlarının rəhbərləri, millət vəkilləri və hökumət nümayəndələri iştirak ediblər.

Çıxış edənlər torpaqlarımızın işğaldan azad olunması uğrunda aparılan 44 günlük Vətən müharibəsinin qəhrəmanlıq salnaməsi kimi tariximizə yazıldığını bildirib, şanlı Zəfərimizin ildönümündə nüfuzlu beynəlxalq gənclər təşkilatlarının nümayəndələrinin iştirakı ilə baş tutan forumun haqlı mövqeyimizin daha geniş miqyasda təqdimatı üçün uyğun platforma olduğunu vurğulayıblar.

Avropanın aparıcı gənclər təşkilatlarının nümayəndələri münaqişənin və işğalın bitməsinin Avropada sülh və təhlükəsizliyinin möhkəmlənməsində xüsusi rolunu diqqətə çatdırıraq, Azərbaycana bu xüsusda təşəkkürlərini bildirmişlər. Qeyd olunmuşdur ki, bu zəfər Azərbaycan xalqı ilə yanaşı beynəlxalq ictimaiyyət üçün də xüsusi əhəmiyyət daşıyır çünki münaqişənin bitməsi beynəlxalq hüququn və ədalətin təntənəsi idi.

Forum çərçivəsində, həmçinin sülh, təhlükəsizlik və münaqişələrin həllində gənclərin roluna dair 3 mövzuda panel müzakirələri təşkil olunub. Müzakirələr zamanı Azərbaycan xalqını qələbə münasibətilə təbrik edən qonaqlar, işğala son qoyulmasının Avropada sülh və təhlükəsizliyin təmin olunmasına verəcəyi müsbət töhfələr barədə danışıb, Azərbaycan tərəfinin regionda sülhün bərqərar olunması ilə bağlı davamlı çağırışlarını pozitiv dəyərləndiriblər.
Növbəti günlərdə Forum iştirakçıları dövlət qurumlarında görüşlər keçirəcək, Vətən müharibəsi dövründə Ermənistan tərəfindən raket hücumlarına məruz qalmış Gəncə şəhərinə, eləcə də işğaldan azad edilmiş, vandalizm qurbanı olan Ağdama səfərlər edəcəklər.

Forumun yekununda Azərbaycanın Cənubi Qafqaz və regionda sülh, əməkdaşlıq, mehriban qonşuluq və təhlükəsizliyin bərqərar olunması ilə bağlı çağırışlarını dəstəkləyən Bəyannamənin qəbulu, Avropanın gənclər təşkilatlarının iştirakı ilə mərkəzi Bakı şəhərində olan "Avropa Gənclərinin Davamlı Sülh Şəbəkəsi” adlı əməkdaşlıq platformasının təsis olunması nəzərdə tutulub.

Tədbirdən öncə forum iştirakçıları Şəhidlər Xiyabanı, I və II Fəxri Xiyabanları ziyarət edib və Bakı Konqres Mərkəzində "Qarabağ həqiqətləri fotolarda” sərgisinə baxış keçirilib.

Qeyd edək ki, Forum Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, "Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatı” İctimai Birliyinin təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının tərəfdaşlığı ilə keçirilir.
 

 

 

 

 


OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

02:33 07.02.2025

Ağ Ev: Vaşinqton Qəzzaya qoşun göndərməyəcək

00:34 07.02.2025

Hacıqabulda qatarda yanğın - 4 nəfər tüstüdən zəhərləndi

00:31 07.02.2025

"Real Madrid"in cəzalandırılması tələb edilir

00:27 07.02.2025

“”Beşiktaş” karyeramda xüsusi yeri olan klubdur”

23:45 06.02.2025

“İran nüvə silahına can atmır” - Pezeşkian

23:23 06.02.2025

Ağır insult keçirən şəxs əlillik dərəcəsi ala bilmir - VİDEO

23:13 06.02.2025

Harutyunyan məhkəmədə Paşinyanın yalanını ifşa etdi

22:57 06.02.2025

Məktəbdə şagirdə naməlum kağız və nömrə verildi - DİN işə qarışdı - FOTOLAR

22:40 06.02.2025

Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib? - AÇIQLAMA - VİDEO

22:27 06.02.2025

Dövlət ittihamçısı: Azərbaycan xalqına qarşı cinayətlər qəddarlıqla və amansızlıqla törədilib

22:16 06.02.2025

Davit Babayan saxlanma şəraiti barədə: Burada bizə qarşı heç bir təzyiq olmayıb

22:03 06.02.2025

Diplomları soruşulanda dilləri topuq vuran saxta həkim və kosmetoloqlar - ARAŞDIRMA - VİDEO

21:46 06.02.2025

Gəncədə məktəbli siqaret çəkdi: Təhqiramiz ifadələr işlətdi

21:26 06.02.2025

Küləyin sürəti güclənib, yağış yağır - FAKTİKİ HAVA

21:18 06.02.2025

Hərbi cinayətlərdə təqsirləndirilən erməniəsilli şəxslərin məhkəmə prosesi davam edir

20:48 06.02.2025

Hindistanda təyyarə təlim uçuşu zamanı qəzaya uğrayıb