Ehtiram və İntiqam qardaşları müxalifətin 20 minini götürmədilər - VİDEO

Ehtiram və İntiqam qardaşları müxalifətin 20 minini götürmədilər -  VİDEO
Bütün Xəbərlər
13:29 09.02.2014
2993

Ukrayna müxalifəti Yanukoviç hakimiyyətini yola salmaq üçün azərbaycanlı meyxanaçıların köməyindən istifadə etmək niyyətinə düşüb.

Müxalifət partiyalarından biri bu xüsusda Ehtiram və İntiqam Rüstəmov qardaşlarına dəvət göndərib. Bunu “Tı kto takoy, davay do svidaniya”nın müəlilfləri özləri bildirib.

Qardaşlar Ukrayna dəvətini hələlik müsbət dəyərləndirməyiblər. Onlar ehtiyatlanırlar ki, dəvəti qəbul edəcəkləri təqdirdə, bu başqa bir dövlətin siyasi işlərinə qarışmaq kimi yozula bilər. Amma bununla belə işlərini ehtiyatlı tutub Ukrayna dilində bir-iki söz öyəniblər. Yəni, olmadı elə, oldu belə.

Meyxanaçılardan təklif müqabilində onlara nə vəd edildiyini də soruşduq. Məlum oldu ki, Ukrayna müxalifəti qardaşlara üç gün üçün 20 min avro pul vəd edib. Meyxanaçılar isə düşünür ki, pul hər şeyi həll etmir. (ANS)

OXŞAR XƏBƏRLƏR