“Əjdaha ili”nin uğurları və uğursuzluqları açıqlandı - Astroloq

“Əjdaha ili”nin uğurları və uğursuzluqları açıqlandı - Astroloq
MARAQLI
13:00 31.12.2011
2841
2012-ci il Qara Əjdaha ilidir.Astroloq Səbuhi Rəhimli Trend-ə Qara Əjdaha ilinin əsas xüsusiyyətlərini açıqlayıb.Astroloq bildirib ki, rəngi qara, ünsürü isə su olan Əjdaha ili 2012-ci il yanvarın 23-də Bakı vaxtı ilə saat 12:42-də başlayacaq.
İlin:uğurlu ayları - may, iyuluğursuz ayları - yanvar, noyabrdüşərli günləri - bazar ertəsi, cüməağır günü - çərşənbə axşamıdüşərli təqvimləri - 2, 4, 5, 8, 16rəqəmi - 5rəngi - qara, açıq mavidaş-qaşı - əqiq, rubin, zümrüdmetalı - gümüş, misçiçəyi - şaftalı çiçəyitalismanı - ürək, qızıl öküzAktiv ölkələri - Türkiyə, Azərbaycan, Şotlandiya, Hollandiya, İrlandiya, Polşa, Rusiya, İraq, İran, Əfqanıstan, Avstraliya, Mərkəzi Afrika, Suriya, Sakit Okean adaları.Rəhimlinin sözlərinə görə, qədim inanclara əsasən, göstərilən dəqiqədə Göy sferasının şimal yarımkürəsinə kim baxsa, Göy qübbəsində bərqərar olan heyvanın təsvirini görər. Hətta müasir dövrümüzdə də bunun həqiqət olduğunu deyənlər var."Bir qayda olaraq Əjdaha ili insanlarda daxili azadlıq, xoş əhval, yaradıcılığa hədsiz həvəs, dunyanı dərk etmək, məsuliyyət hisslərinin yüksəlməsi kimi amilləri təlqin edir. O, illər üzrə tərtib olunmuş Zodiakda yeganə heyvandır ki, heç kim görməyib. Biz onun haqqında yalnız nağıllarda və əfsanələrdə oxumuş, məlumatlanmışıq", - Rəhimli deyib.Onun sözlərinə görə, ümumiyyətlə isə, bu heyvan nəinki Şərqdə, həmçinin Qərbdə də xəzinələrin, sirrlərin, bütün gizli işlərin himayəçisi, fövqəladə güc sahibi, həmçinin amansızlığın qatı düşməni kimi qəbul olunur. Onlar mağaralarda tək yaşadığından insanlarda da tənhalığa meyli gücləndirirlər. Bu baxımdan hissləri duymaq, Tanrıya yaxın olmaq, məkrli fikirləri oxumaq və öyrənmək, dünyanı dərk etmək əlverişli olsa da, qarşılıqlı münasibətlərdə, xüsusən də tərəfdaşlıq və müttəfiqlik zəminində passivlik yaradır. İnsanların bir-birinə inamsızlığı da məhz deyilən ərəfəyə təsadüf edir. Buna baxmayaraq o, cəsarətli adamlara gözəl şərait yaradır, onları qəhrəmanlaşdırır, gələcəyini parlaq edir, dostu düşməndən ayırmaqda yardımçı olur."Şərq münəccimləri Əjdaha ilə mülayim davranmağı, ona hörmətlə yanaşmağı tövsiyə edirlər. Çünki bu heyvanla dostluq etmək daha yaxşıdır, nəinki mübarizə aparmaq. Əjdaha taleyin ən avtoritet simvolu hesab olunur. Şərqdə onu asimanın enerji mənbəyi hesab etdiklərindən onun gəlişini aktivləşmə dövrü kimi də dəyərləndirirlər. Xarici dillərin oyrənilməsi, intellektin yüksəldilməsi, eləcə də mədəniyyət sahəsində nailiyyətlər məhz onun himayəsində daha geniş vüsət alır. Əjdaha fəaliyyətdə müvəffəqiyyətin, güc və enerjinin, müdrükliyin simvolu kimi qəbul olunur. Bu heyvanın biclik işlətməklə, hücum etməklə, zəifləri ovlamaqla işi olmasa da, olduqca həssas, emosional və hədsiz dərəcədə müstəqildir. Amma çinlilərin tədbirincə, Əjdaha fəaliyyətdən daha çox ağlın müdrikliyidir", - astroloq deyib.Rəhimli bildirib ki, Vikipediyanın yazdığına görə, bu mifik canlı çinlilər arasında çox məşhurdur. O, Çin xalqının ulu əcdadlarının totemi, Çin millətinin qədim rəmzi və onun mədəni inkişafının başlanğıcı hesab edilir. Çin miologiyasına görə, əjdaha (su ünsürünün hamisi) insanlara su verir, ona sadiq xidmət edənlərin tarlasını bolluca suvarır, kəndliləri saysız-hesabsız fəlakətlərdən qoruyurdu. Çin allahları iyerarxiyasında əjdaha Səma və Yerdən sonra üçüncü yerdə gəlir. Əjdaha ən əcaib şəkillərdə təsvir olunurdu. Onun gözləri dovşan gözlərinə, qulaqları isə inək qulaqlarına oxşayırdı; onun uzun bığları var, gövdəsi isə pulcuqlarla doludur, dörd şir pəncəsinə, qartal caynaqlarına malikdir və s.. Lakin hər bir halda bu mifik varlığın siması əzəmətli, zabitəli və mübariz görünür."Astroloji bilgilərə görə, Əjdaha ilində baş verən hadisələr gözlənilmədən, qisa zaman kəsiyində cərəyan edir. Amma tarixi xronologiyaya nəzər salsaq, görərik ki, Əjdaha ilində böyük müharibələr, dövlətlərarası münasibətlərdə kəskin konfiliktlər müşahidə olunmur, əksinə sülh sazişləri, münaqişələrin sabitləşməsi nəzərə çarpır. Olsa-olsa məhəlli müharibələr baş verir ki, bu da dünyanı o qədər də narahat etmir, - astroloq qeyd edib.O bildirib ki, Əjdaha ilinin yaratdığı müəmmalar yalnız 12 illik tsikl başa çatdıqdan sonra aydınlaşır. Sadə dillə desək, onun dövründə yaranmış siyasi qalmaqalar növbəti Əjdaha ilində sona yetir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
23:32 18.04.2026
Tramp Hörmüz boğazındakı vəziyyətlə bağlı müşavirə keçirib
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
23:23 18.04.2026
"Qalatasaray" səfərdə "Gənclərbirliyi"ni məğlub edib
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
23:15 18.04.2026
Hava şəraiti dəyişəcək - XƏBƏRDARLIQ
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
22:56 18.04.2026
“Sevindirici tərəfi odur ki, nə var, onu deyib” - Elvindən danışdı
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
22:45 18.04.2026
Banka borcunu ödəməyənlərlə bağlı tələblər sərtləşdirilir - VİDEO
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
22:24 18.04.2026
SEPAH Hörmüz boğazının bağlandığını elan edib
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
22:10 18.04.2026
"Haber Global" Mehriban Əliyevanın Antalyada Fələstinlə bağlı paneldə iştirak etməsi barədə reportaj hazırlayıb
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
21:57 18.04.2026
Kiyevdə atışmanı törədən şəxsin kimliyi açıqlanıb
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
21:38 18.04.2026
Ceyhun Bayramov və Bəxtiyor Saidov Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
21:37 18.04.2026
Azərbaycan və Qırğızıstan XİN başçıları TDT çərçivəsində əməkdaşlığı müzakirə ediblər
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
21:36 18.04.2026
Antalyada Azərbaycan–Türkmənistan tərəfdaşlığı müzakirə edilib
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
21:34 18.04.2026
“Sabah” səfərdə “Qarabağ”ı məğlub etdi
İlahə Abdullayevaya yeni vəzifə verildi
21:17 18.04.2026
İlahə Abdullayevaya yeni vəzifə verildi
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
21:08 18.04.2026
Ölkədə ilk dəfə 5 fənn üzrə 832 şagirdin iştirakı ilə Respublika fənn olimpiadasının final mərhələsi ADNSU-da keçirilir
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
21:03 18.04.2026
Ağdamda gənc FACİƏLİ şəkildə öldü
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər
20:52 18.04.2026
Ceyhun Bayramov ilə Maqdalena Qrono Ermənistan–Azərbaycan normallaşma prosesini müzakirə ediblər