Ekologiya Nazirliyində işləmək istəyənlərə xoş xəbər
Bütün Xəbərlər
12:03 18.11.2012
1819
Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən dəniz suyunun duzsuzlaşdırılması üçün yüksək texnalogiyaya əsaslanan zavod- “Xəzər dənizi suyunun duzsuzlaşdırılması qurğusu” və müasir tinglikdən ibarət kompleks- “Bağlı qrunt şəraitində örtülü kök sistemli tinglik” müəssisələri yaradılıb. Müəssisələr Salyan rayonunun Xıdırlı kəndinin inzibati ərazisində yerləşir.Nazirlikdən verilən məlumata görə, adıçəkilən müəssisələrdə müasir bilik və bacarıqlar tələb edən inzibati və texniki vəzifələrin tutulması məqsədilə uyğun vəzifələrdə işləmək üçün aşağıdakı ixtisaslara uyğun şəxsləri işə dəvət edilirr:1.Ekologiya;2.Ekologiya mühəndisliyi;3.Su qurğuları üzrə mühəndis;4.Mühəndis –mexanik;5.Mühəndis – elektrik;6.Mühəndis – hidrotexnik;7.Kimya mühəndisi;8.Meşəçilik;9.Biologiya;10.Aqronomluq;11.Torpağın meliorasiyası.İşçilər müəssislərə gediş-gəliş üçün nəqliyyat vasitəsi ilə təmin olunacaqlar. Əmək haqqı ştat cədvəlinə uyğun olaraq ödəniləcək. Müsabiqədən keçən namizədlər üçün xarici mütəxəssislər tərəfindən müvafiq təlim kursları təşkil olunacaq. Müsabiqədə iştirak etmək istəyən şəxslər 26 noyabr tarixinədək Müsabiqə Komissiyasına sənədlərini təqdim etməlidirlər.Müsabiqə Komissiyasına qeyd edilən sənədlər təqdim olunmalıdır:1.Anket2.Tərcümeyi-hal3.Diplomun surəti (əgər varsa, başqa sertifikatların surəti)4.Əmək kitabçasının surəti5.Rəngli foto şəkil – 2 ədəd (4x6)6.Hərbi biletin surəti7.Şəxsiyyət vəsiqəsinin surəti