Ekologiya Nazirliyinin əməkdaşları atəşə tutuldu

Ekologiya Nazirliyinin əməkdaşları atəşə tutuldu
Bütün Xəbərlər
15:39 13.01.2012
1096
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin əməkdaşları atəşə tutulublar. AZXEBER.COM-un nazirliyin rəsmi saytına istinadla verdiyi məlumata görə, yanvarın 10-da qanunsuz ov edilməsi hallarının qarşısının alınması məqsədilə keçirilən reyd zamanı Biləsuvar və Cəlilabad rayonlarının ərazisində fəaliyyət göstərən “Zəvvar” ovçuluq təsərrüfatında saat 23:00 radələrində qanunsuz ovla məşğul olan 5 nəfər saxlanılıb. Müvafiq icazə sənədləri olmadığından 4 nəfərin tüfəngi götürülüb. Bu zaman digər brokonyer gizlətdiyi yerdən tüfəngini çıxardaraq nazirliyin əməkdaşları istiqamətində atəş açıb, lakin təsadüf nəticəsində xəsarət alan olmayıb. Daha sonra həmin şəxs nazirliyin əməkdaşlarından birini öldürməklə hədələyərək müsadirə olunmuş 4 ədəd tüfəngi maşının yük yerindən götürərək hadisə yerindən qaçıblar. Faktla bağlı Daxil İşlər Nazirliyinin 102 xidmətinə, Cəlilabad rayon Polis Şöbəsinə və Azərbaycan Respublikası Baş Prokurorluğuna məlumat verilmiş, faktla bağlı Cəlilabad rayon Prokurorluğunda cinayət işi qaldırılıb.“Ovçuluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əməl olunması məqsədilə Respublika ərazisində qanunsuz ov halları ilə mübarizə tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR