‘Əkrəm üçün ermənilər lazımdı, Anar üçün isə azərbaycanlılar’

‘Əkrəm üçün ermənilər lazımdı, Anar üçün isə azərbaycanlılar’
Bütün Xəbərlər
17:30 13.06.2014
866

Fikrət Qoca: “Əkrəm Əylislinin Azərbaycan ədəbiyyatı haqqında söz deməyə haqqı yoxdur”.

Bu sözləri AZXEBER.COM-a açıqlamasında xalq şairi, Azərbaycan Yazıçılar Birliyinin katibi Fikrət Qoca söyləyib. O, yazçı Əkrəm Əylislinin xalq şairi Anarı AYB-nin sədrliyinə yenidən namizəd olması ilə bağlı səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Xalq şairi namizədlərdən kimin sədr olacağını qurultayda keçiriləcək səsvermədən sonra bəlli olacağını deyib:

“Səsvermə keçiriləcək və sədrliyə namizədlərin arasında kimin sədr olacağı məlum olacaq. Əkrəmin açıqlamalarını ciddiyə almaq lazım deyil. Çünki onun üçün ermənilər lazımdı, Anar üçün isə azərbaycanlılar. Onun Azərbaycan ədəbiyyatı haqqında söz deməyə haqqı yoxdur”.

Xatırladaq ki, bu gün Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri, xalq yazıçısı Anar qurumun iyunun 17-də keçiriləcək qurultayında sədrliyə namizədliyini irəli sürəcəyini açıqlayıb.

AZXEBER.COM

OXŞAR XƏBƏRLƏR