Eks-prezidentin oğluna 4 il iş kəsdilər

Eks-prezidentin oğluna 4 il iş kəsdilər
DÜNYA
22:28 09.10.2026
167
8 oktyabrda Bişkekin Pervomayski rayon məhkəməsi Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayevin oğlu Kadırbek Atambayevi kütləvi iğtişaşlara hazırlıqda günahkar bilib və əmlakı müsadirə olunmaqla 4 il müddətinə azadlıqdan məhrum edib.

Onunla birlikdə Sosial Demokrat Partiyasının lideri Temirlan Sultanbekov iş çərçivəsində 7 il müddətinə azadlıqdan məhrum edilib.

Keçmiş millət vəkili Ermek Ermatov cinayəti gizlətməkdə günahkar bilinib və bir il şərti azadlıq (həbslə bağlı olmayan cəza) cəzasına məhkum edilib və şərti olaraq azadlığa buraxılıb.

Digər keçmiş millət vəkili Kubaniçbek Kadırov bəraət alıb.

Qazaxıstan vətəndaşı Serikbay Kaplonbek bir il doqquz ay müddətinə azadlıqdan məhrum edilib, lakin cəzasını çəkdiyinə görə azadlığa buraxılıb. O, Qırğızıstandan deportasiya olunacaq.

Qırğızıstan və Qazaxıstan vətəndaşlığına malik olan digər bir şəxs Abdurahim Abdraxmanov dövlət çevrilişinə təhrik etməkdə günahkar bilinib. O, əmlakı müsadirə olunmaqla iki il müddətinə azadlıqdan məhrum edilib, lakin digər işlərdəki cəzalar nəzərə alınmaqla ümumi cəza 8 il olub.

İttihamnaməyə görə, məhkum olunanlar kütləvi iğtişaşlar təşkil etməyə hazırlıq maddəsi ilə ittiham ediliblər.

Almazbek Atambayev ölkəni Qırğızıstanın dördüncü prezidenti olub. O, 1 dekabr 2011-ci ildən 24 noyabr 2017-ci ilə qədər ölkəni idarə edib. Prezidentlik müddətinin sonunda Atambayev könüllü olaraq vəzifəsindən istefa verib və hakimiyyəti seçilmiş varisi Sooronbay Jeenbekova təhvil verib. Lakin tezliklə keçmiş silahdaşlar arasında kəskin siyasi münaqişə başlayıb və nəticədə Atambayev 2019-cu ilin yayında toxunulmazlığından məhrum edilib.

Həmin ilin avqust ayında keçmiş prezident Koy-Taş kəndindəki iqamətgahına edilən basqın zamanı həbs ediib və bir sıra cinayət işləri üzrə məhkəməyəqədər həbsxanaya salınıb. O, 2023-cü ilin fevral ayına qədər həbsdə qalıb, həmin il Atambayev azadlığa buraxıldı və müalicə üçün xaricə gedib. Almazbek Atambayev hazırda İspaniyada siyasi qaçqın kimi yaşayır.

Sosial Demokrat Partiyası Qırğızıstanda 2018-ci ildə Atambayevin tərəfdarları tərəfindən təsis edilmiş siyasi partiyadır. Kadırbek Atambayev bu partiyanın sədr müavini idi.
 
///musavat.com///
OXŞAR XƏBƏRLƏR