Ekspert: ''Bu qış sərt keçəcək''

Ekspert:
Bütün Xəbərlər
20:05 17.10.2012
1470
Bakıda ardıcıl olaraq leysan yağacaq, hətta daşqın olacağı da gözlənilir. Bu barədə Milli Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov ANS PRESS-ə bildirib. Ekoloq həyəcan təblinin çalınmasını vacib bilir. “O gün şahid olduq ki, bir dəqiqənin içində nə qədər yağış yağdı, leysan oldu. 1 saat ərzində şəhər su altında qaldı. Əgər bu leysan 3-4 saat davam etsəydi, binaların birinci mərtəbəsinə qədər dolacaqdı. Bundan sonra da belə yağış yağması gözlənilir. Hətta paytaxtda daşqın da ola bilər”.T.Zeynalovun sözlərinə görə, yağıntıların çox olmasının səbəbi iqlimə hərbi müdaxilələrin olmasıdır. Yəni təbiətə insan müdaxiləsinin nəticəsində iqlim tarazlığı pozulur. Bunun nəticəsində də, təbiətdə anomal iqlim şəraiti müşahidə olunur.Telman Zeynalov bu il qışın sərt keçəcəyini də deyir: “Apardığımız elmi araşdırmalar nəticəsində deyə bilərəm ki, bu il ölkəmizdə qış çox sərt keçəcək. Oktyabrın sonlarından, noyabr ayının əvvəlindən başlayaraq yağışlar şiddətlənəcək. Proqnozlarımıza görə, dekabrın əvvəllərindən başlayaraq qar yağacaq”.
OXŞAR XƏBƏRLƏR