Ekspertdən koronavirusun iqtisadiyyata təsirlərinin azaldılması üçün TƏKLİF

İQTİSADİYYAT
16:24 26.03.2020
2490
"Azərbaycanda koronavirus infeksiyasının iqtisadiyyata mənfi təsirlərinin minimuma endirilməsi üçün kiçik və orta sahibkarlıq subyektləri dövlət tenderlərinə daha aktiv şəkildə cəlb olunmalıdır”.

AZXEBER.COM xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov deyib.

O bildirib ki, kiçik və orta sahibkarların dövlət tenderlərində fəal iştirak etməsi müsbət nəticələr verəcək.

"Bu, son nəticədə kiçik və orta sahibkarlıq müəssisələrinin öz imkanlarını artırmasına gətirib çıxara bilər”, - deyə, Rəşad Həsənov əlavə edib.

İqtisadçı söyləyib ki, sahibkarların tender prosesinə cəlb edilməsi onların bazarlarının genişləndirilməsinə, inkişaf strategiyalarının daha dolğun olmasına şərait yarada bilər.  

Ekspert bunu da vurğulayıb ki, dövlət satınalmaları zamanı şəffaflığın təmin edilməsi vacibdir.

Qeyd edək ki, satınalma malların, işlərin və xidmətlərin qanuni üsullarla dövlət vəsaiti hesabına əldə edilməsidir.

Tender satınalma müqaviləsinin yerinə yetirilməsi üzrə iddiaçıların kağız daşıyıcıda və ya elektron formada təqdim etdikləri təkliflərdən ən səmərəlisinin seçilməsi məqsədilə keçirilən müsabiqədir.

Xatırladaq ki, Prezident İlham Əliyev sahibkarlığa dəstək məqsədilə Nazirlər Kabinetinə bir milyard manat vəsait ayrılması barədə sərəncam imzalayıb.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

01:38 26.05.2020

"Xalam qızı Dubaya gəzməyə getdi, qayıtmadı" - Pərvin Abıyeva

22:36 25.05.2020

Türkiyə KİV: “Ermənistanın ilhaqçı siyasəti bütün dünya üçün təhlükəli tendensiyadır”

21:28 25.05.2020

Azərbaycanda koronavirusla bağlı aparılan testlərin sayı açıqlandı

21:02 25.05.2020

Soğan qabığının inanılmaz faydaları: Xərçəngə belə təsir edir

20:32 25.05.2020

Azərbaycanda şimşək çaxıb, yağış yağıb - FAKTİKİ HAVA

19:56 25.05.2020

Naxçıvanla Bakı arasında təyyarə reyslərinin açılması ilə bağlı müraciət edildi

19:48 25.05.2020

Aleksandr Lukaşenko İlham Əliyevi təbrik etdi

19:27 25.05.2020

İstanbul körpüləri Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılacaq

19:24 25.05.2020

Türkiyədən Azərbaycana uçuşlar bu tarixdə bərpa ediləcək

17:47 25.05.2020

Dövlət başçısı Pir Ömər Sultan ziyarətgahında - Fotolar

17:45 25.05.2020

Sənəd Qəbulu Komissiyaları bu tarixlərdə də işləyəcək

17:27 25.05.2020

Prezident yeni tikilən binaların şəraiti ilə tanış oldu - Fotolar

17:11 25.05.2020

Prezident Şamaxıda nəqliyyat vasitələri və xüsusi texnikalarla tanış oldu - Fotolar

17:00 25.05.2020

İlham Əliyev və Mehriban Əliyeva Pirsaat Baba ziyarətgahında - Fotolar

16:33 25.05.2020

Karantinə alınan icra başçısından - AÇIQLAMA

16:22 25.05.2020

Azərbaycanda koronavirusdan sağalanların sayı 2 741-ə çatdı