Ekvadorda prezident və parlament seçkilərində səsvermə başlayıb

Ekvadorda prezident və parlament seçkilərində səsvermə başlayıb
DÜNYA
19:50 20.08.2023
256
Ekvadorda prezident və parlament seçkilərində səsvermə başlayıb.

AZXEBER.COM "Report"a istinadən xəbər verir ki, seçki məntəqələri saat 17:00-dək (Bakı vaxtı ilə 00:00) açıq olacaq.

Ən yüksək dövlət postu uğrunda səkkiz namizəd mübarizə aparır. 2025-ci ildə səlahiyyət müddəti başa çatmalı olan hazırkı prezident Gilyermo Lasso seçkilərdə iştirak etmir. Sorğulara görə, "Vətəndaş İnqilabı" sol hərəkatının namizədi, eks-prezident Rafael Korreanın (2007-2017-ci illərdə dövlət başçısı olub) hökumətində müxtəlif vəzifələrdə çalışmış Luis Qonzales yarışın favoriti hesab olunur.

Onun üçün əsas rəqib sağ mərkəzçi alyansın namizədi Yan Topik, ekoloji fəal Yaku Peres, sol və sol mərkəzçi partiyaların "Əlbəttə ki, mümkündür” koalisiyasını təmsil edən keçmiş vitse-prezident ola bilər.

Namizəd qalib gəlmək üçün mütləq səs çoxluğu və ya azı 40 % səs toplamalıdır, lakin bir şərtlə ki, ən yaxın rəqibindən 10 % səslə ayrılsın. Ən yüksək dövlət postuna iddialılardan heç biri lazımi dəstəyi toplamasa, oktyabrın 15-də ölkədə ikinci tur keçiriləcək.

Dövlət başçısından başqa, Ekvador vətəndaşları da 137 deputat seçməli olacaqlar.

Qeyd edək ki, Lasso onun impiçmentini müzakirə edən parlamenti buraxmaq üçün may ayında seçkilər təyin edib.

Bundan əvvəl Ekvador prezidentliyinə namizəd Fernando Vilyavisensio avqustun 9-da öldürülüb. Siyasətçi Kito şəhərində keçirilən mitinqdə başından üç güllə yarası ilə qətlə yetirilib. Avqustun 15-də isə "Vətəndaş İnqilabı” siyasi hərəkatının lideri Pedro Brionesin öldürülməsi xəbəri yayılıb.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
00:33 24.08.2026
Yeni tədris ilinə az qalır: bir şagird üçün məktəbli forması dəsti neçəyə başa gəlir? - VİDEO
Bu həftə bu bürclər üçün uğurlu olacaq
00:28 24.08.2026
Bu həftə bu bürclər üçün uğurlu olacaq
Bu ərazilərdə işıq olmayacaq
00:21 24.08.2026
Bu ərazilərdə işıq olmayacaq
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
00:07 24.08.2026
İşləyən şəxslərin pensiyasının yenidən hesablanması müddətinin endirilməsi təklif edilir - VİDEO
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
23:48 23.08.2026
Xarici dil müəllimliyi üzrə plan yerləri azalır - Səbəb nədir? - VİDEO
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
23:33 23.08.2026
Xalq artisti Tofiq Bakıxanov vəfat edib
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
23:24 23.08.2026
Yeni Daşkənd şəhərində "Azərbaycan" parkının təməli qoyulub - FOTOLAR
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
23:20 23.08.2026
Prezidentin şərəfinə Daşkənddə atəşfəşanlıq - Video
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
23:10 23.08.2026
Azərbaycanın və Özbəkistanın birinci xanımları Daşkənddə "Oxunguzar" incəsənət məkanı ilə tanış olublar - FOTOLAR
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
23:08 23.08.2026
Mehriban Əliyeva Daşkənddə İslam Sivilizasiyası Mərkəzi ilə tanış olub - FOTOLAR
Xətaidə yaşayış binasında yanğın - VİDEO
22:59 23.08.2026
Xətaidə yaşayış binasında yanğın - VİDEO
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
22:47 23.08.2026
Daşkənddə Nizami Gəncəvi adına Milli Pedaqoji Universitetin açılışı olub - FOTOLAR
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
22:34 23.08.2026
15 yaşlı azərbaycanlı atletdən möhtəşəm nəticə: Avropa birinciliyində üç qızıl medal - FOTO
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
22:31 23.08.2026
İlham Əliyev: Özbəkistanın turizm sektoruna 5 milyard dollar investisiya yatırılması planlaşdırılır
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
22:10 23.08.2026
“Media nümayəndələrinin qarşılıqlı əlaqələri çox vacibdir” - Özbəkistanlı jurnalist
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB
21:49 23.08.2026
Daşkənddə Azərbaycan və Özbəkistan Ali Dövlətlərarası Şuranın 3-cü iclası keçirilib - YENİLƏNİB