Dünyanın sonu ilə bağlı ciddi-ciddi “21 dekabr” müzakirələri gedərkən, (həm də mövzu aktualkən) Vanqa məktəbinin istedadlı yetirmələrindən biri, amerikan əsilli məhşur öncəgörən Riçard Melsonun öz ölümündən əvvəl verdiyi son proqnozu xatırladım.O deyirdi: “Axirətin gəlişi ilk öncə dünyanın bam-başqa rəngə boyanması və həqiqətlərin tərs-mütənasibliyi ilə müşayət olunacaq.Dəqiq tarix söyləmək çətindir, amma, haqqsızların haqqdan, şərəfsizlərın şərəfdən, xainlərin sədaqətdən dəm vurduğu anı gözlə görünəcək səviyyədə sezsəniz, anlayın ki, artıq məqama yetişmək üzrəsiniz. Və ən nəhayət, elə bir dönəm gələcək ki, artıq şeytanı bit tək Yerusəlimdə axtarıb, səsləyib, daşlamağa ehtiyac qalmayacaq.Çünki, o Vaşinqtonda da, Təl-Əvivdə də, Brüsseldə də, Strasburqda da qarşınıza çox rahat bir şəkildə çıxa biləcək. Fəqət tək bir fərqlə! - İnsan cildində.. ”Demək ki, Elşad Abdullayevin adı adamın tam dilinin ucundaymış…. Onu tələbəlik illərindən tanıyıram. Universitetdə “İnzibatı hüquq” fənninndən (guya) mühazirə oxuyub bizə. Etiraf edim, maraqlı da adam olub və bu marağın ən görsəl, eyni zamanda ən cazib tərəfi də özünü onda ehtiva edib ki, Elşad müəllimin üzünü imtahan gününə qədər cəmi-cümlətanı bir dəfə görə bilmişik. Əslində heç imtahan vaxtı da fərli-başlı gördüyümü söyləyə bilmərəm.Sadəcə gəldiyini, nələrisə yazıb-pozduğunu, axırda da hamını ucdantutma “kəsib” getdiyini xatırlayıram. Həm də sorğusuz-filansız… Günlərin birində isə həmin başı-bəlalı “kəsir”i vermək üçün ödəməmiz gərəkən rüşvət rəqəmi elan olunanda özümüz bir yana, həmin an içində bulunduğumuz lift belə, heyrətindən “motor”unu tökmüşdü… Və bu minvalla aylarla, həm də günahsızca, səbəbsizcə süründürmüşdü bizi …Öz “möhtəşəmlik tablosu”nu bir anın içində həkk edə bilmişdi qəlbimizə...Qısaca, O.. əzəldən “KİŞİ ADAM” idi…!(Bütün bu söylədiklərim üzərinə, 4 il auditoriyada eşidə bilmədiyim səsin illər sonra video-roliklərdən, qəzet manşetlərindən, üstəgəl - həm də dünyanın ta o biri başından gəlməsinin nə qədər həyəcanverici olduğunu təxmin edin …) Və.. bu mübhəmliyin düz 17-ci ildönümündə, “İnkoqnito” yenidən zühur etdi.Əynində və zehniyyətində tam fərqli libas olsa da, meydandakı adam eyni idi: Heç dəyişməyən və dəyişməsi mümkün olmayan Elşad Abdullayev!Bu dəfə 7 il öncə özünün düzüb qoşduğu tamaşa üçün səhnəninpərdələrini açacaqdı..Hesab sorurdu, ittiham edirdi, hətta öz aləmində ifşa edirdi – fəqət bir peşəkar hüquqşünasa, əməliyyatçıya, nəzəriyyəçiyə xas olmayan bir üslubda, hər addımında “açıqlar” buraxmaqla, siyasi naşılığını bəs-bəlli biruzə verməklə” ifşa” edirdi...O qardaşınımı Milli Məclisdə, yoxsa Milli Məclisimi qardaşının yoxluğunda axtardığını ayırd edə bilməyəcək qədər eyforik vəziyyətdə idi...O ədaləti deyil, pullarını axtarırdı...O, (həm də çox incə bir eyhamla) öz əli ilə batırdığı Universitetin fonunda - xəbərsiz qaldığı qardaşını deyil, xəbərsiz qaldığı qardaşının fonunda öz əli ilə batırdığı Universiteti geri istəyirdi...“Sevimli” müəllimim “Obyektiv tv”nin dörd yerə parçalanmış (eynən öz əqidəsi kimi) monitoruna sığacaq qədər kiçilmişdi.. Mövcud iqtidarın hesabına “adam”olan (oxunsun: olmaq istəyən) adamın növbəti dayanacaqda sığındığı “adam” isə - elə öz tayı olan Qənimət Zahid və onun “Azadlıq”adlı dublyaj studiyası idi..Sizlərin fərq etdiyi görüntü, gəldiyi qənaət nədən ibarətdir bilmirəm, şəxsən mənim üçün bu gün mövcud olan Elşad Abdullayev - aşa bilmədiyi divarların kandarında, aça bilmədiyi qapıların cəftəsində ilişib qalan əlacsız bir varlıqdan daha ötəsi deyil, ola da bilməz!Maddi anlamda hələ bəlkə də bir müddət zaman manevri etmək, öz təminatını bir yerlərə qədər daşımaq imkanı var. Amma ruhən tükənib, bitib, sözün əsl anlamında müflisləşib!Alkoqolun son mərhələsini xatırladan xəstə simptomlarını daşıyır O.İftiranın, böhtanın, hallusinasiyanın miqdarı potoloji həddə qədər yüksəlib.Hamının üzərinə gedir. Rabitəsiz, ssenarisiz, bəzənsə məqsədsiz şəkildə gedir hətta! Ən yaxın dostları belə, artıq əndişə içindələr ki, görəsən bizi nə zaman video-çəkilişlərlə şantaj edəcək? Ya da ola bilər hamiləri onu, ciddi bir fiqur, siyasi meydanda “dişli” bir kart olduğuna inandıra biliblər. Oysa ki, Azərbaycan siyasətinin əsl gerçəkliyində Eşad Abdullayev kimilərinə bundan 100 il sonra belə, kimsə - 32 dişinin 32-si də tökülən “MIRIQ” obrazından artığını etibaretməz!Bu obrazın təyinatında isə inandırmaq deyə bir şey yoxdur... O ya, qorxutmaq üçündür, ya da güldürmək!Və, mən əminəm ki, bu gün kimlər üçünsə solo ifalar sərgiləyib, öz varlığına maraq qata bilən Elşad Abdullayev sabah və ya o biri gün eyni adlı kontekstdə qala bilməyəcək.Sakit bir dönəmdə bu şantajçı təfəkkürün yiyəsindən ağır infeksion virus daşıyan xəstələrdən qaçılantək qaçılacaq. Salam verib, əl tutmağa da ehtiyat edəcəklər, qorxacaqlar, öz kölgələrindən şübhələnən qədər şübhələnəcəklər ondan..Üzərinə getməyin Elşadın! - Tam ciddi deyirəm: Əl çəkin Elşad Abdullayevdən! Rahat buraxın adamı!İmkan verin, dağıla bildikcə dağılsın, bata bildikcə batsın, açıla bildikcə açılsın!Onun 100 km həndəvəri belə, artıq bataqlıq qoxusu verir, üfunət püskürür. Bulaşmayın, yoluxmayın-Dəyməz! Tam əksinə, davamını gözləyin o video-çarxların. Həm də həvəslə,intizarla gözləyin.Unutmayın ki, orta aylıq əmək haqqının təxminən 400 manat civarında olduğu bir məmləkətdə milyon dollarların aqibəti haqqda “çay pulu” kimi danışan da;Bir “çamodan” rüşvət qarşılığında, üstəgəl yüz dələduz vasitəçinin köməyi ilə yenə də deputat seçilə bilməməyin həqiqət olduğunu dolayı məntiqlə etiraf edən də;7 il içində buz bağlayan qardaş sevgisinin və ya qardaş sevməyin, qardaş qorumağın, qardaş təəssübkeşliyinin bir rektor kimi mümkünsüzlüyünü, fəqət bir millət vəkili kimi isə mümkünlüyünü anladan da;Halal professor maaşı ilə 4 gün ərzində 5 milyon dollar toplaya bilən qaynataya sahib olan da;Qardaş, bacı dediyi adamları danışdırıb, inandırıb, çəkib daha sonra şantaj edəcək qədər” böyük” kişiliyin yiyəsi də;10 ildən bir estafet alan, rotasiya qaydasında dövr edən vicdanı üzərində daşıyan da;Eyni adamdır!Məzlum..kimsəsiz...imkansız..fağır...zərərçəkən - Elşad Abdullayev!!! Elşən Musayev Gün.Az