“Əl-Hilal” Uqo Lorisin xidmətində maraqlıdır

İDMAN
20:10 18.05.2023
234
"Tottenhem”in qapıçısı Uqo Lorisə təklif göndərən Asiya klubunun adı bəlli olub.
 
"Əl-Hilal” fransalı qolkiperin xidmətində maraqlıdır.

Səudiyyə Ərəbistanı təmsilçisi Lorisə İngiltərə klubunda aldığı maaşın üç mislini təklif edib. 36 yaşlı əlcək sahibi üçqat artıq qazanmaq variantını nəzərdən keçirir.

Qeyd edək ki, 2012-ci ildən "Tottenhem”də çıxış edən Lorisin müqaviləsi 2024-cü ilin yayında başa çatacaq.
OXŞAR XƏBƏRLƏR