Bu gün axşam İspaniya Kral kuboku uğrunda növbəti qarşılaşmalar keçiriləcək. Bu gün saat 01.00-da "Santyaqo Bernabeu"da iki əzəli rəqib Madrid "Real"ı və "Barselona" üz-üzə gələcək. Dünən qarşılaşma öncəsi hər iki klubun baş məşqçiləri jurnalistlərin suallarını cavablandırıblar. "Barselona"nın baş məşqçisi Xose Qvardiola, yenidən bu derbini qazanmaq üçün meydana çıxacaqlarını bildirərək, eyni zamanda futbolda heç bir şeyin proqnozlaşdırıldığı kimi olmadığını da diqqətə çatdırıb.