Elçin Şipşirin: "Azərbaycan estradasında özümə rəqib görmürəm" (FOTO)

ŞOU-BİZNES
13:53 02.02.2011
2778

9+1-in aparıcısı Ruslan Ağayevin AZXEBER.COM portalına verdiyi məlumata görə, yüksək əhval-ruhiyədə keçən veriliş zamanı Elçin çox maraqlı açıqlamaları ilə yadda qalıb. Vaxtı ilə Əmrahın fanatı olduğunu söyləyən müğənni Azərbaycan estradasında özünə rəqib görmədiyini söyləyib. Elçin Azərbaycan səhnəsində ən yaxşı texnikaya məxsus qadın müğənni kimi Natəvan Həbibini gördüyünü deyib.

Bu yaxınlarda "Əllər" mahnısına klip çəkdirməyə hazırlaşan Elçin bəzi həmkarları kimi maqazin proqramlarına qalmaqallarla yox, yalnız sənətlə gəlməyi sevdiyini söyləyib. Bəstəkar kimi də fəaliyyət göstərən müğənni özünü peşəkar adlandırıb. Verilişin sonunda isə Elçin Cəfərov canlı olaraq "Leyla" adlı yeni mahnısını ifa edib.

Qeyd edək ki, Ruslan Ağayevin aparıcısı olduğu 9+1 verilişi hər həftənin şənbə günü İRADİO-nun canlı efirində yayımlanır.

 

OXŞAR XƏBƏRLƏR