Elçin Əlibəyli: “ATV-dən getmişəm!”

ŞOU-BİZNES
13:23 17.02.2011
1906

Trend-ə açıqlamasında Əlibəyli bildirib ki, 10 gün bundan əvvəl öz ərizəsi ilə ATV-dəki tutduğu vəzifəsindən uzaqlaşıb. “İşdən çıxmaq haqqında ərizəni özüm yazmışdım. Bunun səbəbi də yazmaqda davam etdiyim elmi işi sona çatdırmaqla bağlıdır. Həmçinin, doktorluq dissertasiyasını müdafiə etməliyəm. Təbii ki, mən artıq ATV telekanalının adından danışa bilmərəm. Təhvil-təslim işləri hələ tam yekunlaşmadığından, şirkətə gedib-gəlirəm. Təyinat olmadığı üçün deyə bilmərik ki, bədii rəhbər vəzifəsini məndən sonra kim icra edəcək”, – Elçin Əlibəyli bildirib.

OXŞAR XƏBƏRLƏR