Elcan Məmmədov Slavyan Universiteti üzrə YAP GB-nın sədri seçildi

GƏNCLİK
21:34 04.03.2016
2917

Yeni Azərbaycan Partiyası (YAP) Nəsimi rayon təşkilatı gənclər birliyinin Bakı Slavyan Universiteti (BSU) üzrə gənclərinin hesabat seçki yığıncağı keçirilib.

AZXEBER.COM xəbər verir ki, iclasda YAP Nəsimi rayon təşkilatının sədri, deputat Məlahət İbrahimqızı, Bakı Slavyan Universitetinin rektoru, professor Asif Hacıyev və s. şəxslər iştirak ediblər.

Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin büstü önünə əklil qoyublar.

Birliyin BSU üzrə gənclər təşkilatının sədri Elvin Hətəmov iclasın gündəliyini elan etdikdən sonra illik fəaliyyətin yekunları ilə bağlı hesabat məruzəsi dinlənilib, müzakirələr aparılıb.

İclasda idarə heyətinin yeni tərkibi, o cümlədən sədr və müavinlər seçilib. Sədr vəzifəsinə BSU rektorunun müşaviri, filologiya və jurnalistika fakültəsinin üçüncü kurs tələbəsi Elcan Məmmədov seçilib.

Yeni heyəti təbrik edən Məlahət İbrahimqızı Azərbaycanın inkişafında, ölkəmizin ictimai həyatında fəal iştirakına görə partiya fəallarına minnətdarlığını bildirib.

Rektor Asif Hacıyev də çıxışında yeni heyətə təbriklərini çatdıraraq onlara uğurlar arzulayıb.

Sonda M.İbrahimqızı BSU-nun Heydər Əliyev məktəbinin tələbə teleradio studiyasının qonağı olub, YAP-ın sıralarına yeni qəbul olunan 50-dən çox gəncə üzvlük vəsiqələrini təqdim edib.

Müzakirələr zamanı yeni idarə heyətinin tərkibi səsverməyə çıxarılıb. Namizədliyini irəli sürmüş üzvlərdən səsvermə yolu ilə yeni sədr və sədr müavinləri təyin edilib.

Belə ki, BSU YAP Gənclər Birliyinin yeni sədri rektorun müşaviri, Filologiya və jurnalistika fakültəsinin III kurs tələbəsi Elcan Məmmədov seçilib.

Bakı Slavyan Universtetinin rektoru, professor Asif Hacıyev çıxışında yeni heyəti təbrik edərək gənclərə göstərilən yüksək etimad və qayğıya görə Yeni Azərbaycan Partiyasına öz təşəkkürünü bildirib.

Gəncləri BSU YAP Gənclər Birliyinin yeni idarə heyəti ətrafında birləşməyə çağıran dosent Aygül Hacıyeva onlara gələcəkdə nəzərdə tutulmuş mühüm layihələrin təşkilində uğurlar arzulayıb.

Sonda Məlahət İbrahimqızı Bakı Slavyan Universtetinin Heydər Əliyev məktəbi Tələbə tele-radio studiyasının qonağı olub, 50-dən çox YAP-a yeni üzv olmuş gəncə üzvlük vəsiqəsi təqdim edib. Sonra millət vəkili radioda çalışan jurnalist tələbələrə müsahibə verib.

OXŞAR XƏBƏRLƏR