‘Elçibəyin zəhərlənməsi’ işində nə yenilik var?

SİYASƏT
11:16 25.06.2013
1689

"Eks-prezident Əbülfəz Elçibəyin zəhərlənməsi ilə əlaqədar başlanmış cinayət işi üzrə Bakı şəhər prokurorluğunda zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir və nəticəsi barədə ictimaiyyətə əlavə məlumat veriləcək".

AZXEBER.COM xəbər verir ki, bunu "Bizim Yol"un sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov deyib. Milli Azadlıq Hərəkatının lideri, sabiq prezidenti Əbülfə Elçibəyin (Əliyev) qəsdən zəhərlənməsi ilə bağlı cinayət işi Müasir Müsavat Partiyasının sədri, AXC hakimiyyəti dövründə «Azərbalıq» Dövlət Balıqçılıq Təsərrüfatı Konserninin sədri olmuş Hafiz Hacıyevin müraciətinə əsasən aparılmış araşdırmaların nəticəsi olaraq açılıb.

Bakı Şəhər Prokurorluğunun mətbuata verdiyi rəsmi açıqlamada bildirlir ki, Əliyev Əbülfəz Qədirqulu oğlunun qəsdən zəhərlənməsi barədə Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin müraciəti Bakı Şəhər Prokurorluğunda araşdırılıb. "Araşdırma zamanı H. Hacıyev və digərləri Ə.Əliyevin ölümündən əvvəl zəhərləndirilməsi, bununla əlaqədar onun səhhətinin pisləşməsi barədə məlumat əldə etdiklərini və həmin qanunsuz əməlin qəsdən törədilməsinə kifayət qədər ehtimalların olduğunu bildiriblər. Toplanmış material üzrə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb". Elçibəyin ailəsi, yaxınları və silahdaşları isə bu iddianı qeyri-ciddi sayır, onun zəhərlənmə deyil, ağır xəstəlik nəticəsində dünyasını dəyişdiyini bildirir və bu cinayət işini müxalifətə qarşı təzyiq kampaniyası hesab edilər. Qeyd edək ki, bu gün Azərbaycanın Respublikasının ikinci prezidenti olmuş Əbülfəz Elçibəyin doğum günüdür. O, 24 iyun 1938-ci ildə Naxçıvan MR-nin Ordubad rayonunun Kələki kəndində anadan olub. 1988-ci ildə müstəqillik uğrunda başlanmış xalq hərəkatının öndərlərindən biri olub. 1992-ci ilin 7 iyununda prezident seçilən Əbülfəz Elçibəy 1993-cü ilin iyununda hakimiyyətdən gedib. Eks prezident 2000-ci ildə onkoloji xəstəlikdən vəfat edib. O, Türkiyədə müalicə olunurduğu "Gülhanə" xəstəxanasında dünyasını dəyişib.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

00:28 27.10.2021

Saatlı sakinlərindən 3 kilodan çox narkotik götürülüb

23:49 26.10.2021

Əməkdar artisti maşın vurdu, vəziyyəti ağırdır - FOTOLAR

23:36 26.10.2021

Başlıbel faciəsi Koreya mətbuatında işıqlandırılıb

23:34 26.10.2021

Ərdoğan Azərbaycanla bağlı paylaşım edib - FOTO

23:25 26.10.2021

“WhatsApp” bu telefonlarda işləməyəcək - SİYAHI

22:57 26.10.2021

“Türk ulduzları”ndan möhtəşəm şou - VİDEO

22:33 26.10.2021

Türkiyə Prezidentinin Azərbaycana rəsmi səfəri başa çatdı

22:30 26.10.2021

Vətən müharibəsində Goranboy və Naftalanda zərər görən yüzlərlə tikili bərpa olunub – VİDEO

22:22 26.10.2021

Azərbaycan və Türkiyə prezidentləri Zəngilanda mətbuata birgə bəyanatla çıxış ediblər

22:02 26.10.2021

ÜST: “Pandemiya qısa vaxtda başa çatmayacaq”

21:37 26.10.2021

"Dost Aqropark" Azərbaycan və Türkiyənin qida təhlükəsizliyinə töhfə verəcək

21:31 26.10.2021

Mehriban Əliyeva Rəcəb Tayyib Ərdoğanın Zəngilana səfəri ilə bağlı paylaşım edib - FOTO

21:11 26.10.2021

Prezident: "Yaxından çəkin, əziz qardaşım hədiyyə edib" - FOTOLAR

21:05 26.10.2021

Ərdoğan Türkiyə-Ermənistan münasibətlərinin normallaşmasının şərtini açıqlayıb

20:54 26.10.2021

Ərdoğan: “Gün gələcək Zəngəzurdan çıxıb, İstanbula qədər gedə biləcəyik”

20:47 26.10.2021

İlham Əliyev: "İki həftə sonra Şuşanın azad olunmasını böyük Zəfər bayramı kimi qeyd edəcəyik"