Elçin Əlibəyli 'İrəli' Yeni Media Akademiyasının qonağı oldu
MEDİA
02:57 07.07.2012
1988
“İrəli” Yeni Media Akademiyası layihəsinin tələbələri tanınmış jurnalist, Publika.az xəbər saytının baş direktoru Elçin Əlibəyli ilə görüşüblər.Tanınmış jurnalist, tələbələrlə səmimi söhbət edərək, onların suallarını cavablandırıb. Qonaq Azərbaycan televiziyalarının bugünkü vəziyyəti haqda danışarkən deyib: “Bu gün televiziya sahəsində işləmək çox çətindir. Buna səbəb televiziya aləmində qeyri-peşəkar insanların çoxluq təşkil etməsidir. Hətta vəziyyət o həddə çatıb ki, TV-lərdə bir ağıllı adama, 40 nəfər dəli kimi baxır. Belə hallar məni çox təəsüfləndirir. Düşünürəm ki, efir məkanında peşəkarlıq artmalıdır, bunun üçün televiziya akademiyasının olması mütləqdir”Elçin Əlibəyli gənclərin daha bilikli olduğunu deyib: “Siz çox xoşbəxtsiz ki, müstəqil ölkənin müstəqil, azad fikirli gənclərisiniz. Sovet dönəmində jurnalistikaya gəlmək, özünü sübut etmək çox çətin idi. O vaxt şərait yox idi. Ancaq indi hər şey asanlaşıb. 21-ci əsr informasiya texnologiyaları əsridir. Bu səbəbdən əminliklə deyə bilərəm ki, indiki gənclər bizim dövrün gənclərindən çox ağıllı, bilikli, məlumatlıdırlar. Mən özüm də gənclərdən çox şey öyrənirəm”.Qonaq gənc jurnalistlərə peşəkar olmağı hazırlayıb: “Çalışın ki, işinizin peşəkarı olun. Əmin olun ki, peşəkar insana hər zaman tələbat var. Əgər işinizi bacarsanız heç kim sizə mane ola bilməyəcək”. Daha sonra Elçin Əlibəyli jurnalistika sahəsində müəllifi olduğu kitablar haqda gənc jurnalistlərə məlumat verib. Görüş “Yeni Media Akademiya” tələbələrinin suallarıyla davam edib.