Elçin Əlibəylidən təklif: "Azərbaycan Televiziya və Radio Akademiyası yaradılsın"

Elçin Əlibəylidən təklif: "Azərbaycan Televiziya və Radio Akademiyası yaradılsın"
MEDİA
16:46 14.02.2019
2622
Tanınmış teleaparıcı Elçin Əlibəyli maraqlı təkliflə çıxış edib.
 
AZXEBER.COM xəbər verir ki, telejurnalist televiziya və radio akademiyasının yaranmasını təklif edib: "Bu gün Azərbaycanda ilk televiziya yayımının baş tutduğu gündür. Ömrümün 21 ilini bu işə həsr etmişəm, elmi işimi də bu mövzuda yerinə yetirmişəm. Məhz bu gün Cənab Prezidentdən xahiş edirəm, milli televiziyanın peşəkarlığının artırılması üçün Azərbaycan Televiziya və Radio Akademiyasının yaradılması üçün tarixi addım atsın. Bunun, bu günümüzə və sabahımıza olduqca gərəkli addım olduğunu ölkə başçımız tərəfindən dəyərləndirəcəyinə əminəm".
 
Elçin Əlibəylinin bu təklifi sosial şəbəkələrdə də marağa səbəb olub və peşəkar telejurnalistlər bu təklifi dəstəkləyib.
OXŞAR XƏBƏRLƏR