Elçin Əmirbəyov: “Paşinyan ölümə göndərdiyi minlərlə erməni əsgərin ata-analarına cavab verməli olacaq”

SİYASƏT
12:22 27.10.2020
193

"Azərbaycan bu gün öz gücü ilə tarixi ədaləti bərpa edir”.

Bunu vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov "Əl-Cəzirə” telekanalının xəbər buraxılışının canlı yayımında deyib.

Ermənistanın Vaşinqtondakı görüşlər nəticəsində elan edilmiş humanitar atəşkəs rejimini kobud şəkildə üçüncü dəfə pozduğunu deyən E.Əmirbəyov Azərbaycan tərəfinin bu dəfə Yerevanın öz öhdəliklərini yerinə yetirəcəyi ilə bağlı xüsusi gözləntilərinin olmadığını bildirib.

 

"Paşinyan döyüş əməliyyatlarının dayandırılmasına razı ola bilməz, çünki müharibədən sonra döyüş meydanında alçaldıcı bir məğlubiyyətə uğrayan Ermənistan xalqı 27 sentyabrda başladığı hərbi avantüraya görə ondan hesab tələb edəcək.

Paşinyan və ətrafı xarici torpaqlar uğrunda mübarizə aparmaq üçün açıq bir ölümə göndərdikləri erməni hərbi qulluqçularının minlərlə ata və analarına da cavab verməli olacaq”.

O vurğulayıb ki, məhz bu səbəbdən Paşinyan hər dəfə vasitəçilərə yeni bir atəşkəs üçün yalvarmağa davam edir:

"Ancaq sülhə getmək üçün deyil, qalan qüvvələrini yenidən toplamaq, müzəffər Azərbaycan ordusu tərəfindən azad edilmiş ərazilərə nəzarəti bərpa etmək xəyalı ilə yeni silah və texnika partiyalarının gətirilməsi naminə yaranmış fasilədən istifadə etmək üçün.

Eyni zamanda, Ermənistan hərbçilərinin diqqəti Azərbaycanın mülki əhalisinin raket və top atəşinə tutulmasına yönəlib ki, bu da 65 nəfərin ölümünə və 300-dən çox insanın yaralanmasına səbəb olub”.

Bakının mövcud şəraitdə münaqişənin həllini necə gördüyü sualına cavab verən E.Əmirbəyov deyib:

"Azərbaycan münaqişənin sülh yolu ilə həll axtarışına sadiq qalır, lakin əsas məqsəd beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycan Respublikasının ərazi bütövlüyünün tez bir zamanda bərpasıdır. Bunu etmək üçün yalnız iki yol var.

Birincisi, Ermənistan atəşi dərhal dayandırır, Ermənistan rəhbərliyi bütün silahlı qüvvələrini Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarması barədə ictimai bir öhdəlik götürür, belə bir geri çəkilmə ilə əlaqədar ən qısa müddətdə bir cədvəl razılaşdırılır və bundan sonra tərəflər siyasi tənzimlənmənin bütün digər aspektləri üzrə danışıqlar mərhələsinə keçirlər.

İkinci yol isə Ermənistan döyüş meydanında mənasız müqavimət göstərməyə davam edir, vasitəçilərin sülh prosesini qaytarmaq cəhdlərini rədd etməyə davam edir və bununla da Azərbaycanı əlindəki qeyri-diplomatik legitim vasitələrlə son hədəfinə çatmağa məcbur edir. Seçim Paşinyana aiddir, amma çox vaxtı yoxdur”.



 

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

15:34 02.12.2020

Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi aparılır - Hulusi Akar

15:28 02.12.2020

Paşinyan Azərbaycanın adını çəkərkən mikrofonu söndü - VİDEO

15:26 02.12.2020

Yaxın vaxtlarda vaksinasiyaya başlanacaq - Akif Qurbanov

15:15 02.12.2020

Britaniyada türkiyəli alimlərin hazırladığı koronavirus peyvəndi istifadə ediləcək

14:58 02.12.2020

Akif Qurbanov: "Ev şəraitində müalicə olunmaq təhlükəlidir"

14:48 02.12.2020

"Ən az 2 həftə sərt tədbirlər olmalıdır" - Professor Adil Allahverdiyev

14:46 02.12.2020

"Sərt tədbirlər olmasa, xəstəxanalarda yer qalmayacaq"

14:45 02.12.2020

Professor: "Qorunma tədbirlərindən başqa əlimizdə heç nə yoxdur"

14:36 02.12.2020

Adil Allahverdiyev: "Taksilərə minəndə pəncərələri açıq qoymaq lazımdır"

14:35 02.12.2020

"20 yaşdan aşağı şəxslər koronavirusun, daha doğrusu ölümün daşıyıcılarıdır"

14:32 02.12.2020

İşçi qrupun üzvü: "Vəziyyət belə davam edərsə, çətinliklə üzləşəcəyik"

14:26 02.12.2020

Laçının Qarıqışlaq kəndinin görüntüləri

14:26 02.12.2020

"Rusiya Qarabağdakı humanitar fəaliyyətə MDB ölkələrinin qoşulmasında maraqlıdır"

14:19 02.12.2020

Direktor: "Virusa aid dərman sayı çox az və məhduddur"

14:18 02.12.2020

TƏBİB evdə müalicə olunan koronaviruslu xəstələrə xəbərdarlıq etdi

14:08 02.12.2020

Azərbaycanda koronavirusa yoluxanların sayı azaldı