Elçin Quliyevin yeni müavini təyin olundu

Elçin Quliyevin yeni müavini təyin olundu
Bütün Xəbərlər
16:29 20.12.2013
2828
Dövlət Sərhəd Xidmətində (DSX) yeni təyinatlar olub.
General-mayor Azad Ələkbərov DSX rəisinin şəxsi heyət üzrə müavini - Şəxsi Heyət üzrə Baş İdarənin rəisi vəzifəsinə təyin edilib.
A. Ələkbərovun yerinə - DSX Sərhəd Qoşunları Baş Qərargahının Dövlət Sərhədinin Mühafizəsi İdarəsinin rəisi postuna isə Göytəpə Sərhəd 
Dəstəsinin komandiri, polkovnik Zəki Cəlilov təyin olunub.
Qeyd edək ki, Dövlət Sərhəd Xidməti rəisinin şəxsi heyət üzrə müavini – Şəxsi Heyət üzrə Baş İdarənin rəisi, general-mayor Məhəmməd Abbasquliyev noyabr ayının 22-də vəfat edib.(APA)
OXŞAR XƏBƏRLƏR