Eldar Bayramovun 60 yaşı tamam olur - FOTOREPORTAJ

Eldar Bayramovun 60 yaşı tamam olur - FOTOREPORTAJ
Bütün Xəbərlər
12:10 14.05.2015
7472
Müasir dövrdə hər bir dövlətin iqtisadi potensialı və qüdrəti bir sıra mühüm meyarlarla yanaşı, həm də milli səhiyyə sisteminin inkişaf səviyyəsi, tərəqqi yönümü ilə ölçülür. Xalqın fiziki və mənəvi sağlamlığının yüksək səviyyədə təmin olunması və bütövlükdə milli genofondun qorunması müstəqil Azərbaycanda dövlətin qarşıya qoyduğu prioritet vəzifələrdən biri kimi çoxsahəli islahatların ayrılmaz tərkib hissəsinə çevrilib.
Bu gün nəinki paytaxtda, ən ucqar regionlarda belə əhalinin xidmətində ləyaqətlə dayanan, onlara şəfa bəxş edən tibb müəssisələri və peşəkar həkimlər fəaliyyət göstərir.
Belə həkimlərdən biri də Ağsu rayon Mərkəzi Xəstəxanası Cərrahiyyə şöbəsinin müdiri, ali dərəcəli həkim Dr Eldar Bayramovdur.
İyunun 4-ü 60 yaşını qeyd edəcək Dr. Eldar Bayramovla uzun illərdir çalışdığı Ağsu rayon Mərkəzi Xəstəxanasının Cərrahiyyə şöbəsində görüşdük.
Peşəkar cərrah, səmimi insan...
Eldar doktor bizi çox mehriban qarşıladı. Elə ilk görüşdəcə öz peşəsinə bağlı olduğu, can yandırdığı hiss olunurdu. Hal-əhval tutar-tutmaz bizi şöbəyə gətirilən yeni avadanlıqlarla tanış edən Eldar həkim “Bu şöbə mənim övladımdır, bu şöbəni qurmaq üçün bütün həyatımı sərf etmişəm, şöbədə olan hər bir uğur mənim uğurumdur” deyib, xatirələrə, onu bu səviyyəyə gətirən illərə ekskursiya edir.
Bakıdan Ağsuya aparan yol...
Eldar doktor deyir ki, onda həkimliyə maraq uşaq yaşlarından formalaşıb. Atam Meydər Əjdər oğlu ali təhsilli həkim idi. Onun dövründə ali təhsilli həkimlər çox az idi və əsasən bu işlə feldşerlər məşğul olurdu. Əlbəttə, bütün vətənini sevən, yurduna bağlı insanlar kimi, atam da buna seyrçi qala bilməzdi. Əslən Bakılı olan Atam Azərbaycan Tibb İnsitutunu bitirəndən sonra Ağsuya təyinat alır və bütün məhrumiyyətlərə baxmayaraq, “Hippokrat” andına sadiq almağa çalışırdı. O dövrdə rayonlarda tibbi avadanlıqlar və xəstələri sağaltmaq üçün heç bir şərait yox idi. Bu səbəbdən atam əksər hallarda xəstələri evdə müalicə edər, onlara şəfa bəxş edərdi. Böyük qardaşım və mən bu səbəbdən həkim olmağa qərar vermişdik.
Ulu Öndər bizi Moskvaya göndərdi...
1955-ci il iyun ayının 4-də anadan olan Eldar Bayramov 1972-ci ildə Azərbaycan Tibb İnsitutunun Müalicə-profilaktika fakultəsinə daxil olur. Tələbəlik illərində həkimlik sənətinin sirrlərini öyrənməklə yanaşı, insitutun ictimai həyatında da yaxından iştirak edir. Gələcəyin həkimi Azərbaycan Tibb İnsitutu Tələbə Həmkarlar Təşkilatının sədri olur. 1979-cu ildə insitutu fərqlənmə diplomu ilə bitirən Eldar doktor Ağsuda cərrah kimi fəaliyyətə başlayır. 1982-ci ildə o zamanlar Sovet Azərbaycanına rəhbərlik edən, Ümumilli Lider Heydər Əliyev tərəfindən xaricə oxumağa göndərilir. 1983-cü ilə qədər Xarkovda Təcili Cərrahiyyə İnsitutunda ixtisas artıran Eldar doktor ardınca Moskvada yerləşən SSRİ Tibb Elmləri Akademiyasında klinik ordinaturanı bitirir. Yoruldum demədən çalışan və daim öz üzərində işləyən Eldar həkim 1992-ci ildə Türkiyənin Ankara Xəstəxanasında ixtisas artırır. Türkiyədə endoskopik-laporoskopik cərrahiyyə üsulunun incəliklərini öyrənərək, minlərlə xəstəni ölümün cəngindən alır.
Millət vəkili deputatı Eldar Bayramov...
Eldar Bayramov həkim kimi fəaliyyət göstərdiyi illərdə ölkə səhiyyəsinin, xüsusən region səhiyyəsinin inkişafına çalışaraq, öz sahəsinə çoxsaylı yeniliklər gətirib. Regionlarda ilk laporoskopik cərrahiyyə əməliyyatı 2009-cu ildə Ağsu rayon mərkəzi xəstəxanasında cərrahiyyə şöbəsində həyata keçirilmişdir və indiyədək mindən çox laparoskopik əməliyyat edilmiş və müayinə olunmuşdur. Eldar Bayramov 1990-1995-ci illərdə Azərbaycan Respublikasının Millət vəkili seşilmişdir. Vətənin ağır günlərində Qarabağ döyüşləri zamanı Eldar həkim rəhbərlik etdiyi tibb işçiləri ilə birlikdə Ağdam Hospitalında vətən uğrunda döyüşən yüzlərlə xəstəyə şəfa vermişlər.
“Eldar doktor, həmdə el ağsaqqalıdır”
Biz Ağsuda olarkən öyrəndik ki, Eldar həkim həmdə ağsaqallar şurasının üzvüdür. Fürsət tapıb Ağsunun mərkəzi küçələrinin birində “Dr. Eldar Bayramovu tanıyırsınızmı” sualı ilə rayon sakinlərin arasında mini-sorğu keçiririk. Sözün yaxşı mənasıda təəccüblənirik. Kimə yaxınlaşırıqsa, “Eldar doktoru deyirsiniz, çox gözəl həkimdir”, “Çox yaxşı insandır” cavablarını eşidirik. Arif adlı rayon sakininin isə onun haqqında dedikləri daha təsirlidir: “O, bizə nəinki həkim kimi kömək edir, bir çox imkansız insanlara digər problemlərini həll etmək üçün də yardım edir. Bir dəfə qonşumuz öd kisəsini əməliyyat etdirmək üçün Eldar doktora müraciət edir.
Xatırladaq ki, Eldar Bayramovun ailə üzvləri arasında da həkimlər az deyil. Mərhum həyat yoldaşı Yaxşıxanım Bayramova gənc yaşında dünyasını dəyişsə də, rayonun ən ad-sanlı ginekoloqlarından olub. Oğlu Araz Fransada təhsil alıb. Avropa Uroloqlar Cəmiyyətinin üzvü, ölkənin ən tanınmış uroloq cərrahlarındandır. Fransa dövlət təqaüdçüsü və Azərbaycan Prezident təqaüdçüsü olan, 2011-ci ildə Gənclər və İdman Nazirliyi tərəfindən “İlin gənci” adına layiq görülən uzman Dr. Araz Bayramov hazırda MTN Hospitalında çalışır. Gəlini uzman Dr. İlahə Quliyeva da Fransa təhsillidir və hazırda Azərbaycan Həkimlərin Təkmilləşmə İnsitutunun Ginekologiya kafedrasında mama-ginekoloq kimi çalışır.
“Ölkə başçısının qayğısını öz üzərimizdə hiss edirik”
“Bizim vaxtımızda belə şərait yox idi. Avadanlıqlar çatışmırdı. İndi nəinki paytaxtımızda, ən ucqar rayonlarda belə müasir imkanlar var ki, xəstələr ən qısa zamanda sağlığa qovuşsunlar. Ağsu şəhərində yaxın vaxtlarda istifadəyə veriləcək xəstəxana buna nümunədir. Bütün bunlar təsadüfi deyil, cənab Prezident İlham Əliyevin ölkə səhiyyəsinə qayğısıdır” deyən Dr. Eldar Bayramov inanır ki, qarşıdakı illərdə ölkə səhiyyəsi, xüsusən region səhiyyəsi daha ciddi inkişaf yoluna qədəm qoyacaq.
Bizdə Eldar doktoru ad günü münasibətilə təbrik edib, ondan son arzularını söyləməsini xahiş etdik: “Ən böyük arzum odur ki, Qarabağ işğaldan azad olunsun” deyərək, bizi mehribanlıqla qarşıladığı kimi, mehribanlıqla da yola salır.
Azər Niftiyev, Editor.az
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini azaldıb
14:56 09.05.2025
Azərbaycan Türkiyədən geyim idxalına çəkdiyi xərclərini azaldıb
Masallıda ağır avtoqəza olub, ölən və yaralananlar var
14:40 09.05.2025
Masallıda ağır avtoqəza olub, ölən və yaralananlar var
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
14:24 09.05.2025
Azərbaycan Türkiyədən meyvə-tərəvəz idxalına çəkdiyi xərci 12 %-dən çox azaldıb
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
14:08 09.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Şuşa Müalicə-Sağlamlıq Mərkəzinin açılışında iştirak ediblər
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər
14:06 09.05.2025
İlham Əliyev və Mehriban Əliyeva Daşaltı kənd məscidinin açılışında iştirak ediblər
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
13:52 09.05.2025
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib
Abşeronda sex yanır
13:43 09.05.2025
Abşeronda sex yanır
Bu bürclər anadangəlmə yüksək zəkalı olurlar
13:27 09.05.2025
Bu bürclər anadangəlmə yüksək zəkalı olurlar
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
13:03 09.05.2025
Azərbaycan millisi Avropa Qızıl Liqasına hazırlığı ölkə xaricində davam etdirəcək
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
12:40 09.05.2025
Lənkəranda “Gənclərin Peşə Bələdçisi” düşərgəsi keçirilir - FOTO
Sabahın hava proqnozu açıqlandı
12:26 09.05.2025
Sabahın hava proqnozu açıqlandı
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
12:12 09.05.2025
Təcili yardım təyyarəsi qəza etdi: 6 nəfər həlak oldu
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
11:52 09.05.2025
İranın XİN rəhbəri Ər-Riyad və Dohaya səfər edəcək
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
11:35 09.05.2025
AYNA: İctimai nəqliyyatda gediş haqqının QR ödənilməsində yaranan çətinliklər aradan qaldırılıb
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
11:24 09.05.2025
Paşinyan: Ermənistanla Azərbaycan arasında müharibə olmayacaq, sülh olacaq
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib
11:15 09.05.2025
Prezident İlham Əliyev Ekvadorun yenidən prezidenti seçilən Daniel Noboa Azini təbrik edib