Eldar Mirzəliyev: Ali Baş Komandan, biz hər zaman əmrinizdəyik

Eldar Mirzəliyev: Ali Baş Komandan, biz hər zaman əmrinizdəyik
SOSİAL
18:51 29.09.2020
1117

Azərbaycanın yerləşdiyi coğrafi ərazi onun tarix boyu düşmən hücumlarına məruz qalmasına səbəb olmuşdur. Azərbaycan Respublikası müəyyən dövrlərdə bölünərək bu gün mövcud olan sərhədlərimiz çərçivəsində qalmışdır. Bunun nəticəsində Azərbaycanın tarixi torpaqlarında mənfur qonşumuz Ermənistan yaranmışdır. Havadarlarının hesabına dövlət olan ermənilər xam xəyallara qapılıb, "Böyük Ermənistan” xülyalarını reallışdırmaq üçün təcavüzkar siyasət yürütməyə başlamışdılar.

90-cı illərdə xalqın qanı naminə qazandığı müstəqilliyi hakimiyyət üzərində savaş aparan daxili düşmənlər təhlükə altına aldılar, ölkə daxilində qardaş qırğını başladı. Bundan istifadə edən ermənilər öz havadarlarının da köməyi ilə Azərbaycana hücum edərək ard – arda rayon və şəhərlərimizi işğal etdilər. Cəbhədə silah surasatın, hərbi texnikanın, canlı qüvvənin çatışmadığı bir dövrdə dövləti talamaq arzusunda olan bir qrupun tanklar və silahlılarla Bakının mərkəzində hakimiyyət davası etməsi Qarabağ və ətraf rayonların itirilməsinə əsas səbəb oldu.

Ulu öndər Heydər Əliyev xalqın təkidi və dəstəyi ilə hakimiyyətə gətirilməsəydi, bəlkə də bu gün respublika kimi mövcud deyildik. 1994 – cü ildə ölkə rəhbərinin uğurlu siyasəti və səyləri nəticəsində atəşkəs əldə olundu.

Atəşkəs müddətində tez – tez təxribat törədən ermənilər, işğal etdikləri əriziləri geri qaytarmamaq üçün danışıqlar masası arxasında da öz çirkin siyasətlərini davam etdirirdilər. 2016 – cı ilin Aprel döyüşləri Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri aparılan ən şiddətli döyüşlər idi. Qısa müddətli döyüşlər ordumuzun qələbəsi ilə nəticələnmişdir. Ermənistan tərəfinin beynəlxalq təşkilatlara müraciəti nəticəsində yenidən atəşkəs imzalandı.

Bir neçə il bundan əvvəl Ermənistanda hakimiyyət dəyişikliyi olan zaman Azərbaycan torpaqlarının qaytarılması ilə sülh əldə olunacağı düşünülsə də yeni hökumət öz cinayətkar əməllərindən əl çəkmədi. Əksinə, Azərbaycanı yeni ərazilər işğal etməklə hədələdilər.

Bu ilin iyul ayında Tovuz rayonu istiqamətində sərhəd kəndlərimizi və hərbi mövqelərimizi atəşə tutan Ermənistana layiqli cavab verildi. Ordumuz bir daha öz gücünü nümayiş etdirdi. Buna baxmayaraq Ermənsitan hakimiyyətinə bu da dərs olmadı.

Təəssüflər olsun ki, beynəlxalq təşkilatlar Ermənistanın etdiklərinə göz yumdu, ikili standart nümayiş etdirdilər. Bundan ürəklənən Ermənistan sentyabrın 27-də, səhər saatlarında Azərbaycana qarşı növbəti dəfə hərbi təxribat törətdi. Ermənistan ordusunun ağır artilleriya qurğularından təmas xətti boyu yerləşən hərbi birləşmələrimizi, şəhər və kəndlərimizi atəşə tutması nəticəsində hərbçilərimiz, mülki şəxs, o cümlədən iki məktəbli uşaq həlak oldu. Yaşayış evləri dağıdıldı, mülki şəxslər yaralandı.

Bu dəfə yeni torpaqlar uğrunda yeni müharibə ilə Azərbaycanı hədələyən və bu planı reallıqda həyata keçirməyə cəhd edən Ermənistana qarşı əks-hücum əməliyyatına başladıq və cəbhənin müxtəlif istiqamətlərində təxribat törədən erməni silahlıları susduruldu. Ərazi bütövlüyümüzün bərpa olunması üçün müzəffər ordumuz öz torpaqlarımızda döyüşləri davam etdirir.

Düşmən qarşısında milli birlik hərbi güc qədər vacibdir. Heç bir dövlət daxilindəki vətəndaş qarşıdurması, fikir ayrılığı ilə düşmən üzərində uğur qazana bilməz. Ümummilli lider Heydər Əliyevin demişdir : Xalqla ordunun birliyi həm xalqın qüdrətini artırır, həm də ordunu daha qüvvətli edir.

Ölkədə hərbi vəziyyət, qismən səfərbərlik elan ediliməsinə baxmayaraq, xalq müsbət əhval – ruhiyyədədir. Azərbaycan xalqı ən çətin məqamlarda ona dayaq olan Prezidentimiz, Ali Baş Komandanımız cənab İlham Əliyevin ətrafında sıx birləşərək onu dəstəkləyir. Xalqımız vətən uğrunda döyüşə hazır olduğunu, Böyük Qələbəyə sonsuz inamını nümayiş etdirir.

Artıq bu tarixi zaman yetişib. Torpaqlarımız gec – tez erməni işğalından azad edilməli idi. O gün isə bu gündür. Azərbaycanın qüdrətli ordusu cəbhədə ermənilərə layıqli cavabını verir və ard - arda torpaqlarımızı işğaldan azad edir.

Bu gün cavan və ya yaşlı, kişi və ya qadın olmasından asılı olmayaraq hər bir azərbaycanlı ölkəmizin ərazi bütovlüyü uğrunda döyüşməyə hazır olduğunu bildirir.

Ali Baş Komandan, biz hər zaman əmrinizdəyik !

Suraxanı rayonu Qaraçuxur Bələdiyyəsinin üzvü,

Hüquq Məsələləri Daimi Komissiyasının sədri

Eldar Mirzəliyev

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
XİN: Rusiya vətəndaşlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi barədə iddialar əsassızdır
20:30 02.07.2025
XİN: Rusiya vətəndaşlarına qarşı hüquq-mühafizə orqanları tərəfindən fiziki güc tətbiq edildiyi barədə iddialar əsassızdır
Xüsusi icra məmuruna dair tələblər məlum olub, and içəcəklər
20:20 02.07.2025
Xüsusi icra məmuruna dair tələblər məlum olub, and içəcəklər
Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək
20:08 02.07.2025
Şəxsiyyət vəsiqələrinin forması dəyişəcək
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
19:59 02.07.2025
Litva və Latviya rusların beşillik pasportlarını tanımağı dayandırır
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
19:46 02.07.2025
Gürcüstan parlamentində müxalif deputatların fəaliyyətinə xitam verildi
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
19:34 02.07.2025
Milli Məclisin növbəti iclasının gündəliyi dəyişib
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
19:20 02.07.2025
Pi Diddi girov qarşılığında azadlığa çıxa bilər
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
19:11 02.07.2025
"Fənərbağça" və "Qalatasaray" "Bavariya"nın futbolçusu ilə maraqlanır
"Qaynana" və digər 4 restoran cərimələndi
18:53 02.07.2025
"Qaynana" və digər 4 restoran cərimələndi
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
18:41 02.07.2025
Rusiya ordusu Ukrayna hərbi müəssisəsini vurub
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
18:37 02.07.2025
Kənd Təsərrüfatı Nazirliyinin sabiq vəzifəli şəxsləri 77 min manat rüşvət alıblar
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
18:29 02.07.2025
Valideyn ərizəsi olmadan X sinfə keçmək mümkün deyil? - Rəsmi AÇIQLAMA
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
18:11 02.07.2025
Köçkünlərin yaşadığı 185 mənzil əsl sahiblərinə qaytarıldı - RƏSMİ
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
18:00 02.07.2025
"Rusiyada AZAL-ın təyyarəsinin vurulması ilə bağlı Azərbaycana qarşı dezinformasiyanın aparılması yolverilməzdir"
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
17:57 02.07.2025
İlham Əliyev: Azərbaycan və Özbəkistan artıq bir ilə yaxındır ki, rəsmi müttəfiqlərdir
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir
17:46 02.07.2025
Azərbaycanda şəxsiyyət vəsiqəsinin forması və üzərində olan məlumatların dairəsi dəyişir