Eldar Sabiroğlu: "Mənbə adı altında bəzi KİV öz arzu və niyyətlərini işıqlandırır"

Eldar Sabiroğlu: "Mənbə adı altında bəzi KİV öz arzu və niyyətlərini işıqlandırır"
Bütün Xəbərlər
11:40 09.10.2012
940
Son zamanlar belə informasiyaları tez-tez dövriyyəyə buraxırlar. Görünür ki, dürüst mövzu tapmayanda bu cür yalanlarla günü yola verirlər. Onların iş üslubuna yalnız gülmək olar”.
Bunu APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi, polkovnik Eldar Sabiroğlu deyib.
Qeyd edək ki, mətbuatda Azərbaycan Silahlı Qüvvələrinin hərbi birləşmələrində yoxlamalara başlanacağı barədə məlumatlar yayılıb. Araşdırmaların ölkə ərazisində yerləşən bütün hərbi hissələri əhatə edəcəyi açıqlanıb.
Yoxlamaların aparılması təklifinin ölkə prezidentinin hərbi müşaviri, general-leytenant Vahid Əliyev tərəfindən verildiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR