Eurovision 2011-in birinciləri xüsusi mükafatla təltif olunublar AZXEBER.COM-un müsabiqənin rəsmi saytına istinadən xəbərinə görə, İstanbulda təşkil olunan 15-ci Avrasiya İqtisadi Sammitinin moda və sənət dünyasının ünlü isimlərinin defilə və konsertində Eurovision Mahnı Müsabiqəsi 2011-in qalibləri Eldar Qasımov və Nigar Camal da iştirak ediblər. Bir çox ölkədən dövlət və hökumət başçılarının, ictimai xadimlərin qatıldığı gecədə təmsilçilərimiz Azərbaycana birincilik qazandıran "Running Scared" mahnısını ifa ediblər.