Elektron reseptlər nə zaman tətbiq olunacaq? - TƏBİB-dən açıqlama

Elektron reseptlər nə zaman tətbiq olunacaq? - TƏBİB-dən açıqlama
SAĞLAMLIQ
17:10 05.10.2023
591
"Elektron reseptlər gələn ilin əvvəlində hazır olacaq”.

AZXEBER.COM xəbər verir ki, bu fikirləri Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) icraçı direktorunun müavini Araz Nəsirov deyib.

Onun sözlərinə görə, dövlət xəstəxanalarına dövlət büdcəsindən ayrılan vəsait səkkiz milyon manatdan 2,3 milyard manata yüksəldilib. Bu məbləğ çox görünsə belə, səhiyyə xərclərinin 50 faizinin altındadır:

"Səhiyyə xərclərimiz təxminən dörd milyard manata qədərdir. Bunun böyük hissəsi vətəndaşların öz cibindən dərman vasitələrinə ödədiyi vəsaitdir. Yəni vətəndaşlar dərman üçün təxminən bir milyard manata yaxın vəsait ödəyirlər. Ölkədə qeydiyyatda olan bütün dərmanlar stasionar şəkildə vətəndaşlara verilir. Yaxşı olardı ki, ambulator şəraitdə də dərmanlara əlçatanlıq olsun. Yaxın gələcəkdə bunun təmin edilməsi nəzərdə tutulur. Aidiyyəti dövlət qurumları da bu istiqamətdə işlər görür. Nəticədə tələb iki-üç qat artmış olacaq. Dərman sahəsində ölkədən kənara asılılıq var. Bunun da qarşısı alınmış olacaq. Eyni zamanda, biz beynəlxalq dərman istehsalçılarını ölkəyə dəvət edirik”.
O vurğulayıb ki, elektron resept də, demək olar, hazırdır:
"Hər bir qurum bu sahədə hazırlıq işləri görür. Hesab edirəm ki, gələn ilin əvvəlində bunun şahidi olacağıq. Səhiyyənin ən böyük əskik hissəsi ilə bağlı problem həllini tapacaq”.

Direktor müavini əlavə edib ki, hazırda xəstəxanalarda əczaçılar üçün 100-ə yaxın ştat açılıb. Mərkəzi qaydada onların işə götürülməsi həyata keçirilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
18:53 26.07.2026
Sibiqa Tokayevə təşəkkür edib: Ukrayna müharibənin cəbhə xətti boyunca dondurulmasına razılıq verib
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
18:44 26.07.2026
Fələstinin müqavimət dəstələri ilə İsrail hərbçiləri arasında toqquşmalar yaşanır
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
18:38 26.07.2026
Sabahın havası meteohəssas insanlar üçün necə olacaq?
İrlandiyada türk məscidinə hücum edilib
18:33 26.07.2026
İrlandiyada türk məscidinə hücum edilib
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
18:29 26.07.2026
İran ABŞ ilə dialoqun davam etdiriləcəyini açıqlayıb
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
18:17 26.07.2026
Finlandiya Prezidenti: “Ukrayna müharibə başlayandan bəri ən güclü mövqeyindədir”
“Buna görə Ukraynaya cavab verəcəyik”
18:10 26.07.2026
“Buna görə Ukraynaya cavab verəcəyik”
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
18:06 26.07.2026
Azərbaycan kanoeçisi Tatyana Smilovenko Macarıstanda Avropa ikincisi olub
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
18:00 26.07.2026
Kremldən Vaşinqtona xəbərdarlıq - “Bir tərəfdən silah verirsiniz, digər tərəfdən...”
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
17:53 26.07.2026
Türkiyədə ət emalı zavodunda kütləvi zəhərlənmə olub
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
17:47 26.07.2026
Zelenski: Rusiyanın Ukraynaya genişmiqyaslı ballistik hücumlarının qarşısı alınmalıdır
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
17:38 26.07.2026
Konqoda Ebola virusuna yoluxma sayı artır, tibb işçiləri tətilə başlayıb
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
17:29 26.07.2026
İran ABŞ-nin itkilərini açıqladı: FANTASTİK RƏQƏM
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
17:22 26.07.2026
Britaniyanın Keniyada hərbi təlimi ləğv etməsinin səbəbləri açıqlanıb
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
17:14 26.07.2026
Əl Şaraa: İsraillə münaqişə Suriyanın maraqlarına uyğun deyil
Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb
17:01 26.07.2026
Radarını söndürən tanker Hörmüz boğazında minaya düşüb