Elektron xidmətlərdən istifadə yaş həddi bilmir

Elektron xidmətlərdən istifadə yaş həddi bilmir
Bütün Xəbərlər
13:05 29.08.2014
965

Elektron xidmətlərdən istifadə yaş həddi tanımır. 1932-ci il təvəllüdlü fərdi sahibkar Baxışov Ələkbər Məmməd oğlunun "Elektron imza" kartına sahib olması məhz belə bir baryerin olmamasının təzahürü, həmçinin elektron xidmətlərə getdikcə artmaqda olan marağın real göstəricisidir. "Rabitə dünyası" ilə söhbətində uzun illər ticarət sahəsində çalışdığını və hazırda da fəaliyyətini davam etdirdiyini bildirən ən yaşlı kart sahibi biznes prosedurları üçün "Elektron imza"ya ehtiyacı olduğunu vurğulayıb.

"Elektron imza" alınması prosedurları sizi yormadı ki" sualına cavab olaraq, Ə.Baxışov əksinə, xidmətdən məmnun qaldığını bildirib:"Elektron imza" alınması sənədlərimi ayın 8-də təqdim etmişdim. Heç bir ləngimə, bürokratik əngəllər olmayıb, əksinə, proses çox rahat həyata keçirilib. Çox razı qaldım. Ticarət sahəsində fəaliyyətimi bundan sonra da davam etdirəcəyəm, "Elektron imza"nın da fəaliyyətimdə mənə böyük faydası olacağını düşünürəm".Bu imzanın faydası və üstünlüklərindən bir qədər gec xəbər tutduğunu da təəssüflə bildirən Ə.Baxışov yaxın ətrafına, xüsusən tanışlarına ondan istifadə etməyi məsləhət görəcəyini qeyd edib: "Ətrafımda bu imzadan istifadə etməyi tövsiyə edə biləcəyim xeyli insan var. Eyni sektorda calışdığım oğlum da "Elektron imza" alınması üçün müraciət edəcək".Sahibkar dövlət qurumları tərəfindən təqdim edilən xidmətlərin elektronlaşdırılması və bu xidmətlərin internet üzərindən təqdim edilməsini də müsbət dəyərləndirib:"Yeri gəlmişkən, özüm də internet istifadəçisiyəm, mütəmadi olaraq e-maili izləyib, göndərilən məktubları oxuyuram". Söhbətdən sonra 82 yaşlı "Elektron imza" sahibinə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi tərəfindən birillik yüksəksürətli internet, genişzolaqlı internetə qoşulmaq üçün modem hədiyyə olunub. Həmçinin müraciətçinin yaşı, eyni zamanda, gələcəkdə kartın itirilməsi, unudulması və s. kimi halların baş verə bilmə riski nəzərə alınaraq, ona iki ədəd kart oxuyucusu, iki ədəd elektron imza kartı təqdim edilib.Qeyd edək ki, hazırda "Elektron imza" kartı alanların sayı 22 mini ötüb. Elektron imza müasir dövrün tələbləri ilə ayaqlaşmaq istəyənlər üçün effektiv həll hesab edilir və elektron imza - elektron dünyada şəxsiyyəti müəyyənləşdirmə vasitəsidir.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
16:19 26.08.2025
Mask tanınmış şirkətləri məhkəməyə verdi: Təzminat istəyir
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
16:17 26.08.2025
Minsk qrupunun ləğvi ilə bağlı ATƏT-in fəaliyyətdə olan sədrinə müraciət ünvanlanıb
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
16:12 26.08.2025
“Veysəloğlu Distribusiya” şirkəti “Dəyərlərimizin izi ilə” devizi altında Şuşada möhtəşəm tədbir keçirdi
Prezident ailəsinin yeni - FOTOSU
16:10 26.08.2025
Prezident ailəsinin yeni - FOTOSU
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
16:06 26.08.2025
Tanınmış prödüser və ərinin öldürülməsinin təfərrüatları məlum oldu
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
15:52 26.08.2025
"907-ci düzəlişin ləğvi Azərbaycanla ABŞ arasında yeni əməkdaşlıq dövrünün başlanğıcıdır"
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
15:33 26.08.2025
"Azərbaycan heç vaxt milli maraqlara zidd aralıq həll variantlarını qəbul etməyib"
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
15:24 26.08.2025
Lisey və gimnaziyalarda II mərhələ seçimlərinə start verilir
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
15:12 26.08.2025
“Atamı ilk dəfə idi ki, ağlayan görürdüm...”
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
15:01 26.08.2025
İlk dəfə: reysqabağı yoxlama ödənişləri Yelo Bank-da!
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
15:00 26.08.2025
102 yaşlı alpinist Fuji dağına dırmaşdı - Ginnesin Rekordlar Kitabına düşdü
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
14:57 26.08.2025
Adnan Oktarın "kediciy"i soyadını dəyişdirdi - Müəllim oldu
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
14:47 26.08.2025
Tibb sahəsində ilk - 39 yaşlı beyin ölümü keçirən kişiyə donuz ağciyəri nəql edildi
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
14:44 26.08.2025
Xocavənd və Ağdərədə baş verən yanğınların söndürülməsinə aviasiya cəlb olundu - VİDEO
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
14:33 26.08.2025
Tramp bəzi ölkələri açıq şəkildə hədələdi: “Nəticələri ilə üzləşəcəksiniz"
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi
14:30 26.08.2025
Eldar Əzizov müşavirə keçirdi - Tapşırıqlar verdi