Ələt-Astara yolu bağlandı - VİDEO

Ələt-Astara yolu bağlandı -  VİDEO
Bütün Xəbərlər
10:30 31.07.2013
1487

İyulun 30-u səhər saatlarında Ələt -Astara magistralının 176-cı km-də, yolun Masallı rayonundan keçən hissəsində küləyin yola aşırdığı çinar ağacı magistral yolda müəyyən müddət nəqliyyatın hərəkətində çətinliklər yaradıb.

Hadisə yerinə DYP əməkdaşları və əlaqədar qurumların nümayəndələri gəlib. Ağır texnika və canlı qüvvənin köməyi ilə hündürlüyü təqribən 12 m olan ağac yoldan kənarlaşdırılıb. Proses mərhələli həyata keçirildiyindən ərazidə nəqliyyatın hərəkətində tıxaclar müşahidə olunub. Hazırda yolda nəqliyyatın hərəkətində heç bir problem müşahidə edilmir.

OXŞAR XƏBƏRLƏR