Azərbaycanın tanınmış teleaparıcısı Elgiz Əkbər ailə qurmağa hazırlaşır.
ANS PRESS-in məlumatına görə, ANS TV-nin "Adam içində" verilişinin aparıcı həyatını Əsmər adlı xanımla birləşdirir.
Cütlüyün toy mərasimi may ayının 9-da paytaxtda baş tutacaq.
Artıq cütlüyün toy dəvətnamələri də paylanıb. Toy məclisi paytaxtın şadlıq saraylarının birində baş tutacaq.
Xatırladaq ki, E.Əkbər bir zamanlar "Toy olsun" verilişinin də aparıcısı olub