Katarakt

Elgiz onu təhqir edən əməkdar artistdən danışıb ağladı - VİDEO

MAQAZİN
14:59 01.06.2021
1301
Aparıcı Elgiz Əkbər maraqlı açıqlaması ilə gündəmə gəlib.

AZXEBER.COM BAKU.WS-a istinadən xəbər verir ki, "Onun sirri” verilişinə qatılan aparıcı, bir zamanlar onu təhqir edən Əməkdar artist danışıb:

"Bizim onunla aramızda çox yaş fərqi var. Heç bir səbəb olmadan bu adam qəzetlərdən birinə müsahibə verib və məni təhqir edib. Qonşumuzda Ruqəyya adında qız var idi. Bir gün atamla anam evdə olanda bizə gəlib deyir ki "Qəzetdə bir əməkdar artistin müsahibəsi var, o, sizin oğlunuz haqda xoşagəlməyən sözlər söyləyib”. Sonra qəzeti anamgilə verib, onlar da atamla bir yerdə oturub qəzetdə haqqımda yazılanları oxuyublar...

Atamın halı pisləşib. Təzyiqi qalxıb. Daha sonra bir tanışı vasitəsilə həmin əməkdar artisti tapmağa çalışıb. Həmin adam mənim haqqımda deyib ki "Elə eybəcər efirdə ola bilməz”. Həmin adamın oğlu dünyasını dəyişib. Onu yaxşı tanıyırdım mən. Atamın adından cavab müsahibəsi hazırlatmaq istədim, amma etmədim. Bu illər əvvəl olan bir hadisə olsa da, hələ də mənim qəlbimdə bir yaradır”.

Qeyd edək ki, bir müddət əvvəl Əməkdar artist Elxan Qasımov müsahibə verərək, aparıcı Elgiz Əkbəri təhqir edib.

OXŞAR XƏBƏRLƏR