Əli Abbasov Londonda forumda iştirak etdi - FOTOLAR

Əli Abbasov Londonda forumda iştirak etdi -  FOTOLAR
Bütün Xəbərlər
12:45 27.06.2014
841

Londonda “Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu” keçirilib.

23-25 iyun tarixlərində rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovun başçılıq etdiyi nümayəndə heyəti Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri  və İnternet İdarəçiliyi Forumunun baş katibinin dəvəti ilə London şəhərində səfərdə olub.

Nazirlikdən AZXEBER.COM-a verilən məlumata görə, qlobal İnternet İdarəçiliyi Forumunun Nazirlər Toplantısında Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov çıxış edərək, ölkəmizdə bu sahədə aparılan islahatlar, eyni zamanda dünyada mövcud olan İKT və internet problemlərindən danışıb.

Forum çərçivəsində nazir Əli Abbasov Böyük Britaniyanın mədəniyyət, rabitə və kreativ sənaye naziri Ed Vaizey, Pakistanın və Fransanın rabitə və informasiya texnologiyalari nazirləri ilə ikitərəfli görüşlər keçirib, əməkdaşlıq imkanları və gələcək perspektivlər müzakirə edilib.

Səfər zamanı nazir Əli Abbasov Böyük Britaniyanın ticarət və investisiya naziri Lord Livinqstonla da qarşılıqlı investisiya əlaqələrinin genişləndirilməsi və təşviqi məsələləri ilə bağlı fikir mübadiləsi aparıb, daha sonra London meriyasının rəhbərliyi ilə görüşüb.

 Bundan başqa, “Microsoft” şirkətinin Mərkəzi və Şərqi Avropa regionu üzrə əlaqələndiricisi Trudy Norris-Grey ilə keçirilən görüşdə istifadədə olan kompüter sistemlərinin leqallaşdırılması məsələləri barədə müzakirələr aparılıb və digər bir neçə texnoloji şirkət rəhbərləri ilə görüşlər keçirilib.

Nazir Böyük Britaniyanin İmperial Kollecində kimya mühəndisliyi laboratoriyasının fəaliyyəti ilə yaxından tanış olub, ölkəmizin müvafiq ali məktəblərində kadr hazırlığında belə laboratoriyaların təşkilinin vacibliyini vurğulayıb.

Daha sonra hər iki tərəfdən 150 nəfərin iştirakı ilə “Böyük Britaniya - Azərbaycan Yüksək Texnologiyalar Forumu” öz işinə başlayıb. Forum Azərbaycanla Böyük Britaniya (BB) arasında rabitə və yüksək texnologiyalar sahəsində əməkdaşlığın daha da gücləndirilməsi, ölkəmizdə bu sahənin inkişafı üçün mövcud olan imkanlar barədə Britaniya şirkətlərinin məlumatlığının artırılması, sahə üzrə təcrübə və innovasiyaları təşviq etmək məqsədi daşıyıb.

“Dorchester Hotel”-də təşkil edilən forumun açılışında nazir Əli Abbasov, Böyük Britaniya parlamentinin üzvü, Baş nazirin Azərbaycan, Qazaxıstan və Türkmənistan ilə ticarət məsələləri üzrə elçisi Çarlz Hendri giriş nitqi ilə çıxış ediblər.

Daha sonra Azərbaycan şirkətləri tərəfindən həyata keçirilən təqdimatlarda ölkəmizdə bu sahədə aparılan islahatlar, görülən işlər, perspektiv planlar haqda ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycan hökumətinin hədəfi texnoloji infrastruktur və xidmətlərin beynəlxalq standartlar səviyyəsinə çatdırılması, aerokosmik, nüvə, nanotexnologiya, biotexnologiya, elektronika istiqamətləri də daxil olmaqla, yüksək texnologiyalar sahəsində elmi və texnoloji potensialın inkişaf etdirilməsi, informasiya təhlükəsizliyi və insan resurslarının təkmilləşdirilməsi vasitəsilə e-hökumətin rolunun artırılmasıdır.

Forum iştirakçılarına nüvə texnologiyalarından dinc məqsədlərlə istifadə “Milli Nüvə Tədqiqatları Mərkəzi” Qapalı Səhmdar  Cəmiyyəti, Yüksək Texnologiyalar Parkının fəaliyyət istiqamətləri, eyni zamanda “Trans-Avrasiya Super İnformasiya Magistralı”  (TASİM) layihəsi, Azərbaycanın Şərqlə Qərb arasında İKT mərkəzinə çevrilməsinə xidmət edən ilk telekommunikasiya peyki “Azerspace-1”, orbitə 2016-cı ildə buraxılacaq müşahidə peyki, 2017-ci ildə buraxılacaq ikinci telekommunikasiya peyki, Sumqayıt Texnologiyalar Parkı, öz yenilikləri ilə seçilən “Ağ şəhər” layihəsi və yerli startaplarla bağlı məlumat verilib.

 Həmçinin vurğulanıb ki, rabitə və yüksək texnologiya sektorunun inkişafına yönəldilən dövlət investisiyalarının hədəfi 2020-ci ilə qədər bu sahədə əldə olunan gəlirlərin artırılmasına bağlıdır.

Böyük Britaniya şirkətlərinin təqdimat mərasimindən sonra tərəflər arasında B2B (Business to Business) formatında görüşlər keçirilib, qarşılıqlı əlaqələr və  gələcək perspektivlər müzakirə olunub. Forum Azərbaycan hökuməti tərəfindən təşkil edilən mədəni tədbirlə başa çatıb. Forumda Azərbaycanın Böyük Britaniyadakı fövqəladə və səlahiyyətli səfiri Fəxrəddin Qurbanov iştirak edib. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
13:06 21.08.2025
"Naxçıvan Muxtar Respublikasında dəmir yolunu tam müasirləşdirəcəyik"
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
13:03 21.08.2025
Hikmət Hacıyev Pakistan səfiri ilə görüşüb
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
13:00 21.08.2025
"Azərbaycanla sərhəd məntəqələrində yeni tənzimləmə prinsipləri tətbiq etməyi planlaşdırırıq"
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
12:59 21.08.2025
İlham Əliyev: Mənfur Minsk qrupu artıq son günlərini yaşayır
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
12:51 21.08.2025
“Ermənistanın bu qədər silah almaq üçün pulu yox idi”
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
12:28 21.08.2025
Prezident: Kəlbəcər indi dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
12:23 21.08.2025
"Vaşinqtonda Azərbaycanla imzalanmış sazişlə yeni inkişaf mərhələsinə qədəm qoyuruq"
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
12:22 21.08.2025
İlham Əliyev: Gələn il Kəlbəcər şəhərində gözəl məktəb istifadəyə veriləcək
Bölgələrdəki dönər zəhərlənmələri ilə bağlı AQTA-dan AÇIQLAMA
12:20 21.08.2025
Bölgələrdəki dönər zəhərlənmələri ilə bağlı AQTA-dan AÇIQLAMA
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
11:54 21.08.2025
Rəqsanənin əri Fazil Əmiraslanov istintaqa cəlb olundu
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
11:52 21.08.2025
Naxçıvanda müayinəyə gələn hamilə xəstəxanada ölüb
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
11:49 21.08.2025
Dağıstan-Azərbaycan sərhədində bir nəfər əcnəbi saxlanıldı
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
11:47 21.08.2025
Mingəçevir şəhər əhalisinin su və kanalizasiya təchizatı yaxşılaşdırıldı - VİDEO
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
11:45 21.08.2025
AQTA: Şəmkirdə 20 nəfərin zəhərləndiyi kafenin fəaliyyəti məhdudlaşdırılıb
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
11:43 21.08.2025
Filiala getmədən ödənişsiz rəqəmsal kart əldə et
Zelenski: Putinlə görüş Türkiyədə, İsveçrədə və ya Avstriyada ola bilər
11:41 21.08.2025
Zelenski: Putinlə görüş Türkiyədə, İsveçrədə və ya Avstriyada ola bilər