Əli Abbasov tələbələrlə görüşdü

Əli Abbasov tələbələrlə görüşdü
SİYASƏT
18:11 30.08.2013
1935

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyində (RİTN) İnformasiya Texnologiyaları Universitetinə (İTU) qəbul olunmuş tələbələr və onların valideynləri ilə görüş keçirilib.

AZXEBER.COM-un məlumatına görə, görüşdə çıxış edən rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov ölkə başçısı tərəfindən İKT sektorunun inkişafına xüsusi diqqət göstərildiyini nəzərə çatdırıb. “2013-cü ilin Azərbaycan Respublikasında “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan edilməsini, sahənin gələcək inkişafını, informasiya cəmiyyəti quruculuğu istiqaməti üzrə yüksək hazırlığa malik kadr potensialının formalaşdırılmasını təmin etmək məqsədilə prezidentin 1 fevral 2013-cü il tarixli sərəncamı ilə İnformasiya Texnologiyaları Universitetinin (İTU) yaradılmasının bu diqqətin təzahürü olduğunu vurğulayıb.

2013 – 2014-cü tədris ilində "İnformasiya təhlükəsizliyi", "Kompüter elmləri", "Kompüter mühəndisliyi", "İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi" kimi ixtisaslar üzrə İTU-ya tələbə qəbulu üçün 60 plan yerinin ayrıldığını da deyən nazir İKT sahəsi üzrə ixtisaslaşmış kadrlara tələbatın "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasından irəli gəldiyini qeyd edib. "Bu sənədə uyğun olaraq, ölkəmizdə gələcək iqtisadi hədəflər iqtisadiyyatın strukturunun təkmilləşdirilməsi, qeyri-neft sektorunun inkişaf etdirilməsi üzərində qurulub".

Qarşıdakı illər ərzində elmi potensialın və innovasiya fəaliyyətinin dəstəklənəcəyini, innovativ inkişafın təmin edilməsində İT sahəsi üzrə ixtisaslı kadr hazırlığının daim diqqətdə olacağını bildirən nazir, eyni zamanda RİTN tərəfindən də İTU tələbələrinin daim qayğı və diqqətlə əhatə ediləcəyini, universitetin məzunlarının gələcəkdə uyğun ixtisaslar üzrə işlə təminatının həyata keçiriləcəyini də qeyd edib.

Tələbələrin çoxsaylı suallarını cavablandıran nazir valideynlərin istək və arzularını da dinləyib.

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
19:10 28.07.2026
Tramp: İran razılaşmasa, körpülərini və elektrik stansiyalarını məhv edəcəyik
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
18:57 28.07.2026
Zidan Fransa futbol yığmasının baş məşqçisi təyin olundu
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
18:39 28.07.2026
Oman Hörmüz boğazı ilə bağlı yeni planı İrana təqdim etdi
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
18:29 28.07.2026
Husilərin hücumundan sonra "Saudi Aramco" Cizan neft emalı zavodunu bağlayıb
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
18:10 28.07.2026
Ağdam, Füzuli və Cəbrayılda açıq ərazilərdə yanğınlar başlayıb
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
17:59 28.07.2026
700 bal toplayan Samir danışdı: "Həm çalışır, həm də oyun oynayırdım"
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
17:47 28.07.2026
Aztəminatlı ailələr niyə daha çox uşaq sahibi olur? – Sosioloq açıqladı
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
17:34 28.07.2026
Motosiklet sürücülərinin narazılığına FHN-dən REAKSİYA
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
17:29 28.07.2026
Qəbul imtahanının nəticələri açıqlandı – 17 nəfər 400 bal topladı
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
17:21 28.07.2026
Arzumla bağlı canlı yayımı 86 min insan izlədi
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
17:11 28.07.2026
YAP Səbail rayon təşkilatında qeyri-hökumət təşkilatları ilə birgə tədbir keçirildi
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
17:00 28.07.2026
Uşağı olan atalara neçə gün məzuniyyət verilir? – Ölkələr üzrə fərqlər
Yayda estetik əməliyyat etdirmək olar?
16:48 28.07.2026
Yayda estetik əməliyyat etdirmək olar?
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
16:29 28.07.2026
Ailə dəyərləri qorunur, yoxsa əvvəlki kimi deyil? - "Hər şey pula satılıb, ona görə qorunmur" – VİDEOSORĞU
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
16:14 28.07.2026
Azərbaycanda ilk dəfə beynəlxalq yeniyetmələr qolf turniri keçirildi - FOTOLAR
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı
16:10 28.07.2026
Mobil nömrəyə çox pul verənlər nə düşünür? - Ekspert açıqladı