Əli Abbasovla Elmar Vəliyev universitetdə

Əli Abbasovla Elmar Vəliyev universitetdə
Bütün Xəbərlər
11:46 20.04.2013
1198
Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Gəncəyə səfər edib. AZXEBER.COM-un məlumatına görə, səfər zamanı nazir Gəncə Şəhər İcra Hakimiyyətinin Başçısı Elmar Vəliyevlə birlikdə Azərbaycan Texnologiya Universitetində olub.

Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov qeyd edib ki, ATU ilə əməkdaşlıq müzakirə ediləcək: "Azərbaycanda yüksək texnologiyalara əsaslanan iqtisadiyyatın qurulması istiqamətində kadr hazırlığına ehtiyac var. Bu istiqamətdə bir neçə universitetlə iş aparılır. Bizim əsas məqsədlərimizdən biri də Gəncədə yerli kadr potensialının hazırlanmasıdır. Bu istiqamətdə artıq proqram da var. Təhsil Nazirliyi də bu sahədə böyük işlər aparır. Gəncədə Azərbaycan Texnologiya Universiteti ilə də yeni əməkdaşlıq istiqamətlərini müzakirə olunacaq”.

Azərbaycan Texnologiya Universiteti ilə yaxından tanış olan Ə.Abbasov yüksək bacarıqlı mütəxəssislərin hazırlanması məqsədilə nazirlik tərəfindən onların texnoloji, praktiki baza və iqtisadiyyatla yaxından tanış olmaları üçün mühitin yaradılması istiqamətində köməklik göstərəcəyini bildirib.

OXŞAR XƏBƏRLƏR